Nazir Anar Əliyev İsmayıllıda vətəndaşları qəbul edəcək

post-img

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev avqustun 29-da İsmayıllı rayonunda İsmayıllı və Şamaxı rayonlarının sakinlərini qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 19-21 avqust tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Sosial həyat