Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
Federasiyadan XQ-yə bildirilib ki, idmançı iyunun 16-dən iyulun 4-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazalarından hesab olunur.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

