Arutyunyan, Qukasyan və Saakyanın həbsi 4 ay uzadılıb

post-img

Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına baxılıb.

Bu barədə Baş Prokurorluğun mətbu­at xidmətindən məlumat verilib.

İstintaqı Baş Prokurorluğun rəh­bərlik etdiyi, Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətlə­ri, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı reji­min ümumilikdə 15 nəfər üzvü məsuliy­yətə cəlb olunub.

Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadı­lıb.

XQ

Son xəbərlər