Onlayn media rəhbərləri ilə görüş

post-img

Yanvarın 25-də Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov 2024-cü ilin birinci yarımilliyi üzrə maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüşüb.

MEDİA-dan bildiriblər ki, görüşdə çıxış edən Əhməd İsmayılov maliyyə yardımının göstərilməsində əsas məqsə­din onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin dövlət və cəmiyyət üçün əhəmiyyət daşı­yan layihələrin həyata keçirilməsi olduğu­nu deyib. Bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün müqavilə üzrə öhdəliklərin tam icra olunmasının, xüsu­silə maliyyə yardımına dair hesabatlılığın vaxtında təmin edilməsinin zəruriliyi vur­ğulanıb. 

Diqqətə çatdırılıb ki, maliyyə yardımı göstərilən veb-saytların infrastrukturu gücləndirilməli, dil imkanları genişləndiril­məli, təhlükəsizliyi tam təmin edilməlidir.

Görüş zamanı onlayn media sub­yektlərinin rəhbərləri tərəfindən bildirilib ki, ötən dövr ərzində maliyyə yardımının göstərilməsi nəticəsində bir çox veb-sayt­ların texniki problemləri həll edilib. Bir sıra saytlar tamamilə yeni tərtibata ke­çib, habelə müvafiq media subyektlərin­də fəaliyyət göstərən jurnalistlərin əmək münasibətlərinin nizama salınması təmin olunub.

Görüş mövzu ətrafında müzakirələrlə davam edib.

XQ

Son xəbərlər