“Azərbaycançılıq məfkurəsi” biblioqrafiyası

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatında “Azərbay­cançılıq məfkurəsi” adlı biblioqrafik göstərici işıq üzü görüb. 

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş kitabın elmi məsləhətçisi və “Ön söz”ün müəllifi AMEA-nın prezi­denti, akademik İsa Həbibbəyli, tərtibçisi “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, redaktoru isə AMEA Rəyasət Heyəti Elm və təhsil şöbəsinin müdiri, filologiya elm­ləri doktoru, dosent Sərxan Xavəridir.

AMEA-dan verilən məlumatda bildi­rilir ki, kitabda azərbaycançılıqla bağlı müxtəlif illərdə işıq üzü görmüş nəşrlər – kitablar, dissertasiyalar, avtoreferatlar, məqalələr və s. sistemli şəkildə toplanı­lıb. Burada materiallar illər üzrə, əlifba sırası ilə verilib. Nəşr XX əsrin əvvəl­lərindən etibarən milli ədəbi-ictimai fi­kirdə əsas yer tutmuş, müstəqillik illə­rində isə Azərbaycan tarixində ilk dəfə olaraq dövlət ideologiyası səviyyəsinə qaldırılmış və dünya azərbaycanlılarının milli-mənəvi birliyinin rəmzi olan azər­baycançılığa, eləcə də “Konstitusiya və Suverenlik İli”nə dəyərli töhfədir. Azər­baycan, rus və digər xarici dillərdə ma­teriallar toplanmış bu göstəricidən istifa­dəni asanlaşdırmaq məqsədilə köməkçi aparat tərtib olunub.

“Azərbaycançılıq məfkurəsi” bibli­oqrafik göstəricisi elmi tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qabil YUSİFOĞLU
XQ

Mədəniyyət