Çətənədən  avtomobil?

post-img

İnsanı anında öldürən ilan zəhəri təbabətdə məlhəmə çevrilir. Sən demə, vaxtaşırı məhv edilən çətənə kolları da faydalı imiş. 

Bu barədə narkoekspert, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Emil Maqalov bildirib.  

Müəllif yazır ki, 1 hektar çətənə 25 hektar meşə qədər oksigen istehsal edir. Bir ağac 20–50 ildə ərsəyə gəldiyi halda, çətənə cəmi 4 aya yetişir. Ağaca nisbətən ondan bir neçə dəfə çox kağız alınır. 

Əsl radiasiya təmizləyicisi olan bu bitki özünü böcəklərdən qoruya bildiyi üçün dərmanlamaya da ehtiyac duymur. İlk cins şalvarlar da çətənədən hazırlanıb. “Kətan” parça sözü də buradan yaranıb.  

Ekspert daha sonra qeyd edir ki, çətənədən hazırlanmış dərmanlar QİÇS və xərçəngin müalicəsində kemoterapi və radiasiya təsiri azaltmaq, revmatizm ürək, astma, yuxusuzluq, onurğa narahatlıqları kimi 250-dək xəstəliyin müalicəsində istifadə edilir. Soyadan da ucuz olan çətənə toxumunun protein dəyəri çox yüksəkdir və tərkibindəki iki yağ turşusu da təbiətdə başqa heç bir yerdə yoxdur. Bu bitki ilə qidalanan heyvanlar əlavə hormona ehtiyac duymur. Plastik məhsullar da çətənədən istehsal oluna bilər. Çətənə plastikinin parçalanaraq təbiətə geri qaytarılması olduqca asandır.

İnanmaq çətin olsa da bildirilir ki, avtomobilin gövdəsi çətənədən hazırlansa, dözümlüyü poladdan 10 qat çox olar.

L.QURBANOVA 
XQ

 

Maraqlı