Zəncanlı Ayxanlar, Fatimələr

post-img

Cari ilin (İran təqvimi ilə mart ayından iyuladək) ilk 5 ayında Zəncanda yeni doğulmuş oğlanlar üçün ən çox seçilən ad Ayxan olub. Sonrakı adlar belədir: Əmirabbas, Əmirəli, Hüseyn və Əmirhüseyn.

Yeni doğulmuş qızlar üçün sıra ilə Fa­timə, Mahlin, Zəhra, Reyhanə və Aysan adları daha çox seçilib. Həmin müddətdə Zəncan əyaləti üzrə 5 min 701 körpə do­ğulub.

Onu da bildirək ki, güney azərbaycan­lılarda milli kimliyin müəyyənləşdirilməsi üçün körpələrə Azərbaycan adlarının, o cümlədən müasir hesab olunan Ayxan, Aysan, Elin, Elşən və əski çağlara söy­kənən Telnaz, Bağdagül, Tərlan kimi ad­ların qoyulması diqqəti daha çox cəlb edir.

Məhz buna görə İranın hakim dairələ­ri güney azərbaycanlılarda uşaqlara mil­li adların qoyulmasının qarşısını almaq məqsədilə qeydiyyat qurumlarına birbaşa rəsmi təlimat verib.

G.RƏHMAN

Son xəbərlər