Mehrabadda təyyarə qəbiristanlığı

post-img

İndiyədək elə təsəvvür yaradılırdı ki, İranın sərnişin aviasiyasında kiçik qüsurları nəzərə almasaq, bütün işlər qaydasındadır. Ölkənin sənaye və ticarət naziri Abbas Əliabadinin açıqlaması bu təsəvvürlərin üstündən xətt çəkib. 

O bildirib ki, Tehranın məşhur Mehrabad hava limanında onlarla nasaz və qüsurlu vəziyyətdə olan sərnişin təyyarə­si var. A.Əliabadi köhnəlmiş təyyarələrin sayının çoxluğuna istinad edərək deyib ki, limanda, sanki, “təyyarə qəbiristanlığı” mövcuddur.

Bundan əvvəl ölkə rəsmiləri də İran İslam Respublikasında həmin qəbildən olan aviasiyanın potensial gücünün, hələ­lik, 170 təyyarəni əhatə etdiyini vurğula­yıblar. Aviasiya təşkilatının İranın daxili uçuşları keçirməsi üçün 550 təyyarəyə ehtiyacı var. 

Əliabadi sözünün davamında ölkənin elmi müəssisələrinin problemin həlli ilə məşğul olmasını vacib sayıb. 

Hüseyn RƏHİMZADƏ

Son xəbərlər