Limonlu süd  möcüzə imiş

post-img

Bir çox dərdin şəfa mənbəyi olan limon və südün bir yerdə  müalicəvi təsiri daha yüksəkdir. Sınayanların təkrar-təkrar istifadə edib imtina etmədiyi limonlu süd əzələ və sümük ağrılarını aradan qaldırır.

Əgər siz oynaq ağrılarından əziyyət çəkirsinizsə və yeriməkdə probleminiz varsa, bu məlhəm sizə təbii çarə ola bilər. Skelet quruluşu və oynaq ağrılarının inkişafına müsbət təsir edən süd və limon birləşməsi antioksidant mənbəyidir.

Limonlu süd oynaq ağrılarından əlavə  əzələ və skelet quruluşunu bərpa etməyə də kömək edir, immuniteti gücləndirir, bağırsaqların nizamlı işləməsini təmin edir, daxili xəstəliklərdə köməkçi müalicə kimi çıxış edir, mədə zədəsini bərpa edir.

Bir stəkan südə yarım limon sıxıb qarışdırmaq və onu 4–5 saat soyuducuda saxlamaq lazımdır. Limonlu süd 21 gün yatmazdan əvvəl nizamlı olaraq 1 stəkan qəbul edilir. Müntəzəm istifadə ilə oynaq ağrıları azalır və hərəkət daha asanlaşır.

Z.HÜSEYNLİ
XQ

 

Səhiyyə