Tehran göz yaşlarına inanmır...

post-img

Rəsmi media İrandan xaricə köç edənlər barədə təhlili materiallar yayımlayıb. Əgər əvvəllər bu daha çox siyasi səbəbdən baş verirdisə, indi vəziyyət bir qədər də başqalaşıb.

Sosioloq Maqsud Fərasətxah açıqla­masında həmin kateqoriya barədə nəinki məlumat verib, eyni zamanda, geniş təh­lillər aparıb. İranda hətta pulu və imkanı olanların xaricə köç etdiklərini qeyd edən sosioloq bu statistikanın daim artdığını göstərib. O, azalan insan resurslarının cərgəsinə yüksək vəzifəli menecerlərin, o cümlədən Səhiyyə Nazirliyinin məmur­larının və ixtisaslı işçilərinin də qoşulma­larını fəlakətin daha da dərinləşdiyi kimi dəyərləndirib.

Necə deyərlər, Tehran göz yaşlarına inanmır.

R.GƏNCƏLİ

Son xəbərlər