Elçin Əmirbəyov: Biz dini müxtəlifliyimizlə fəxr edirik

post-img

Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. Müsəlman, yəhudi, xristian - hamımız bir ailəyik. Bu, bizim DNT-mizin bir hissəsidir. 

Azərbaycan Prezidenti İlham Əliye­vin xüsusi tapşırıqlar üzrə nümayəndə­si Elçin Əmirbəyovun bu fikirləri ABŞ-ın “İnternational Policy Digest” nəşrində dərc olunmuş bir məqalədə yer alıb. 

Məqalədə diqqətə çatdırılıb ki, müsəlman ölkəsi olsa da, Azərbaycan müsəlman, xristian və yəhudi vətən­daşlarının təmsil olunduğu hökumət və təhsil sistemi qurub, bununla fəxr edir. Yazının müəllifi Krişna Naq məqalə­sində Şərqlə Qərbi birləşdirən tarixi İpək Yolu üzərində strateji mövqedə yerləşən Azərbaycanın əsrlər boyu qo­naqpərvərliyin çırağı olduğunu yazıb. 

Azərbaycanda bütün dinlərin təmsil­çilərinin azadlıqlarına toxunan jurnalist bu mənada ölkəmizi hamıya nümunə göstərib. Bildirib ki, Azərbaycan mürək­kəb regionda yerləşsə də, öz identikli­yini qoruyub. Hətta Roma Papası belə həmişə Azərbaycan haqqında yüksək fikirlər səsləndirib. 

Bütün bunlara baxmayaraq, Azər­baycanın gözlənilmədən sanki cəza­landırıldığını, müəmmalı bir addımla İran, Pakistan və Səudiyyə Ərəbista­nı kimi dövlətlərlə yanaşı, dini etiqad azadlığına nəzarət siyahısına daxil edildiyini bildirən jurnalist ABŞ-ın Bey­nəlxalq Dini Etiqad Azadlıqları Komis­siyasının Qarabağda xristian irsinin qorunub saxlanması ilə bağlı narahatlı­ğını bəyan etdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan buna açıq cavab verib. Prezident İlham Əliyevin xüsusi tapşı­rıqlar üzrə nümayəndəsi Elçin Əmirbə­yov bu media orqanına müsahibəsində bildirib: “Biz bu əsassız və qərəzli qə­rardan təəssüf edir və onu rədd edirik!”. E.Əmirbəyov, həmçinin bir sıra digər mühüm məqamlara toxunub, o cümlə­dən də Roma Papası Fransiskin 2016-cı ildə Bakıya səfəri haqqında danışıb. Deyib ki, Roma Papası Azərbaycanın dini harmoniyasını tərənnüm edib. Azərbaycanın izlənilən ölkələr siyahı­sına salınması çaşdırıcıdır. Beynəlxalq hüquq Qarabağı və onun ətrafındakı rayonları hər zaman Azərbaycan əra­zisi kimi tanıyıb. BMT-nin Ermənistanın həmin ərazilərdən geri çəkilməsini tələb edən qətnamələrinə baxmayaraq, işğal onilliklər boyu davam edib. Azərbaycan Ermənistanın işğalı altında olan torpaq­larını bu yaxınlarda geri qaytarıb. 

Xüsusi tapşırıqlar üzrə nümayəndə deyib ki, Qərbdən olan müşahidəçilər, o cümlədən “L’Institut Prospective et Sé­curité en Europe”dan Emmanuel Düpüi uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mədəniyyət abidələrinin təhqir edilməsini, dağıdıl­masını görüb və pisləyiblər. Onilliklər ərzində Qarabağdakı Azərbaycan mə­dəniyyət nümunələri sistemli şəkildə vandallığa məruz qalıb, mənimsənilib və məhv edilib. 

Sonda yazıda qeyd olunub ki, dün­yanın tolerantlığa can atdığı bir şəra­itdə Azərbaycan kimi strateji tərəfdaş­dan uzaqlaşmaq əks effekt verir. Bunun əvəzində isə Qərb Azərbaycanın zən­gin dini plüralizm təcrübəsindən istifa­də edərək, Yaxın Şərqdə və başqa yer­lərdə daha ahəngdar mövcudluq üçün səylər göstərsə, daha uğurlu alınar və faydalı olar.

XQ

Son xəbərlər