COP29 ölkəmizin ekoloji təşəbbüslərinə verilən beynəlxalq dəyərdir

post-img

Bu gün iqlim dəyişikliyi problemi bütün dünyanı əhatə etdiyi üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 190-dan çox dövlət qoşulub. Bu dövlətlər müxtəlif konfrans və seminarlar keçirərək “yaşıl enerji”yə keçidin reallaşmasına və atmosferə karbon qazının atılmasının azaldılmasına çalışırlar. Həyata keçirilən tədbirlər sırasında konvensiya tərəfdarlarının konfransı (Conference of the Parties (COP)) xüsusi önəm daşıyır. Sayına görə 29-cu konfrans (COP-29) cari ilin noyabr ayında Bakıda keçiriləcək və bu tədbir ölkəmiz üçün mühüm xarakter daşıyır.

Azərbaycanın belə bir möhtəşəm tədbirin keçirilmə­si üçün seçilməsi təsadüfi de­yil. İqlim dəyişmələrinin qar­şısının alınması, ilk növbədə, istixana effektini törədən qaz­ların atmosferə buraxılması­nı ya sıfır səviyyəsinə endi­rilməsini, ya da əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Bu isə enerji transforma­siyanın əsas istiqaməti olan bərpaolunmayan enerji mən­bələrindən (kömür, neft, qaz, torf, müxtəlif növ bitumlar və s.) bərpaolunan enerjiyə (günəş, külək, su axarları və s.) keçmək deməkdir. 

Prezident İlham Əliyev hələ 2004-cü ilin oktyabrın 21-də “Azərbaycan Respub­likasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imza­layıb. Sərəncamın icrası ilə əlaqədar Qarabağda, Bakıda, Naxçıvanda böyük həcmli la­yihələr həyata keçirilib. 

Energetika Nazirliyinin məlumatına görə, 2023-cü il ərzində ölkədə elektrik enerjisi istehsalı 20 milyard 280 milyon kVt-saatdan çox təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqa­yisədə 0,3 faiz çoxdur. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gü­cündə hidroelektrik stansiya­lar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra isə azad edilmiş ərazilərdə hidroelekt­rik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Beynəlxalq standartlara əsasən transformasiyanın va­cib şərti enerji səmərəliliyidir. Səmərəlilik hər vahid ener­jinin istifadəsi nəticəsində hansı dəyərdə ümumi daxili məhsul (ÜDM) istehsal olun­duğuna əsaslanır. Bu zaman enerji vahidi kimi bir kiloqram neftdə olan enerjidən istifadə olunur. Dünya Bankının he­sabatlarına əsasən, Azərbay­canda 2003-cü ildə bir vahid enerjinin istifadəsi nəticəsin­də dəyəri 4 dollar olan ÜDM istehsal olunurdu. Beynəlxalq qurumun ən son dərc etdiyi məlumatlara görə, ölkəmizdə bu rəqəm 11,6 dollar təşkil edir. Bu isə son 20 ildə Azər­baycanda enerji səmərəliliyi­nin təxminən 3 dəfə artdığını göstərir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bir vahid enerjinin istifadəsi nəticə­sində ölkəmizdə 11,6 dəyəri olan ÜDM yaradılırsa, qonşu Rusiyada bu rəqəm 5,3, İran­da 5,3, Qazaxıstanda 5,6 dol­lar təşkil edir. Azərbaycanın enerji səmərəliliyi sahəsində əldə etdiyi göstərici Fransa (11,1 dollar), Yaponiya (11,8 dollar), Macarıstan (11 dol­lar), Litva (11,8 dollar) və di­gər inkişaf eləmiş ölkələrlə müqayisə edilə bilər.

Enerji transformasiyası indeksinin hesablanmasında istifadə edilən digər göstəri­ci atmosferə karbon qazının (CO2) emissiyasıdır. Enerji səmərəliliyi ölkədə artdığın­dan 2000-ci illə müqayisədə karbon qazının emissiyası da 5 dəfəyə qədər azalıb.

Göründüyü kimi, enerji keçidinə xidmət edən bütün istiqamətlərdə Azərbaycan sürətlə irəliləyır. Bu, öz ifadə­sini ölkədə energetika infrast­rukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şə­raitdə təmin edilməsi, sahəyə məqsədli investisiya və digər fəaliyyətlərdə tapıb. Azər­baycanın enerji transforma­siya sahəsində lider olması bu fəaliyyətlərin kompleks şəkildə həyata keçirilməsi­nin nəticəsidir. Bu səbəbdən COP-29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır və ölkədə innovasi­yaların inkişafı strategiyası­nın nəticəsidir.

XQ

İqtisadiyyat