Milli Olimpiya Komitəsi Paris Olimpiadasına qatılacaq idmançılar üçün yolasalma mərasimi təşkil edib

post-img

Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların yolasalma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş nitqi ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Parisə yollanacaq idmançılara uğurlar arzulayıb. Qeyd edib ki, lisenziyaçılar onlara bəslənilən ümidləri doğruldacaq, bayrağımızı fəxri kürsüdə qürurla dalğalandıracaqlar. O, idmançılardan uğurlu nəticə, ən azı 9 - 10 medal gözlədiyini bildirib.

Ç.Hüseynzadənin sözlərinə görə, tədbirin keçirilməsində məqsəd Oyunlar ərəfəsində olimpiyaçılara mənəvi dəstək vermək və komanda ruhunu artırmaqdır.

Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Azərbaycanı Paris Olimpiadasında 48 idmançı 15 idman növü üzrə 17 proqramda təmsil edəcək.





İdman