Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

post-img

İyulun 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Əvvəlcə MSK-nın iyulun 12-də keçi­rilən iclasının protokolu təsdiqlənib.

Sonra sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məcli­sinə növbədənkənar seçkilərdə seçki ko­missiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı məsələsinə baxılıb. Pro­tokolların MSK tərəfindən müəyyənləşdi­rilmiş nümunələrin forma və mətninə uy­ğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət və hər bir nüsxəsi müxtəlif rəng­də karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, dairə və məntəqə seçki komissiyaları üçün onların sayına uyğun hazırlanması qərara alınıb. Qəra­ra əsasən, səsvermənin nəticələrinə dair protokollar, habelə aşağı seçki komissi­yalarının hər biri üçün 30 ədəd nömrələn­məmiş və karbonlaşdırılmamış kağızdan protokollar Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.

İclasda daha sonra qarşıdan gələn Milli Məclisə növbədənkənar seçkilərdə Müasir Müsavat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Mü­savat Partiyasının səlahiyyətli nümayən­dələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya sözügedən siyasi par­tiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.

Media subyektlərinin nümayəndələ­ri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə baxılıb.

Son xəbərlər