Kaya Kallas Estoniyanın baş naziri postundan istefa verib

post-img

Estoniyanın baş naziri Kaya Kallas və ölkə hökuməti istefa verib. Bu barədə iyulun 15-də “İzvestiya.ru” məlumat yayıb.

“Bazar ertəsi səhəri Kaya Kallasın rəhbərlik etdiyi hökumət fövqəladə iclasa toplaşıb, orada baş nazir və bütün hökumət istefa verib. Bundan sonra Kallas istefa ərizəsini Estoniya Prezidenti Alar Karisə təqdim edib”, - məlumatda deyilir.

Kallasın yeni kabinet təyin olunana qədər hökumət başçısı vəzifəsini icra edəcəyi dəqiqləşib. O, bunun tezliklə baş verəcəyinə ümid etdiyini bildirib.

Estoniya baş nazirinin istefası onun iyunun 28-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə seçilməsi ilə bağlıdır.

P.ƏMİRCANOV
XQ

Dünya