Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Mənim ailəm karvan ticarəti ilə məşğul olub. Dünən Bakı Karvansarayını görəndə keçmişim yadıma düşdü, ulu babalarımı xatırladım. Bakıda və Azərbaycanda çox böyük pozitiv dəyişikliklər baş verib.
XQ xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Davamlı Rifah Naminə Regional İnteqrasiya” mövzusuna həsr olunmuş yüksəksəviyyəli qeyri-rəsmi müzakirədə deyib.
“Mənim Azərbaycanla bağlılığım Beynəlxalq Valyuta Fondunun sədri olduğum dövrdən başlayıb. Bakının necə transformasiya uğradığını görmək üçün iqtisadçı olmaq lazım deyil. Bakı və Azərbaycan dəyişiklik və tərəqqiyə gedən yoldadır. Onlar geriyə baxmaqla vaxt itirmək istəmirlər. Sovet dövrü artıq geridə qalıb. Azərbaycan sanki kəsişən çarpaz yolların astanasındadır”, - deyə Məhəmməd Süleyman Əl-Casir əlavə edib.

