Abşeronda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində müxtəlif ünvanlarda oğurluq hadisələri törətməkdə şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və Rasif Əliyev saxlanılıblar. 

XQ xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Araşdırmalarla müəyyən edilib ki, onlar müxtəlif ünvanlardan ümumi dəyəri 19 min manat olan elektrik naqillərini oğurlayıblar. Həmçinin saxlanılan şəxslərin digər bir həyətyanı sahədən elektrik mühərrikləri və müxtəlif avadanlıqlar taladıqları da müəyyən edilib. 

Keçirilən digər tədbir zamanı saxlanılan Rasif Əliyevin isə rayon ərazisində yerləşən marketlərdən birindən tütün məmulatları, lotereya biletləri və pul oğurladığı da məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Sosial həyat