İİTKM və DİA İnsan Hüquqları Günü münasibətilə seminar keçirib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İqtisadi İslahtların Təhlili və Kommunikasiya Mərkəzində İnsan Hüquqları Günü münasibətilə “İnsan hüquqları: müasir tendensiyalar və hüquqi müdafiə mexanizmləri” mövzusunda seminar keçirilib.

XQ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dəstəyi, İslahat Könüllülərinin təşkilatçılığı ilə baş tutub.

Seminarı giriş sözü ilə İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov açıb. O, insan hüquqları sahəsində maarifləndirmə işinin əhəmiyyətindən danışıb, bu istiqamətdə gənclərin bilik və hüquqi düşüncəsinin artırılmasının vacibliyini qeyd edib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev çıxış edərək insan hüquqlarının hüquqi dövlət quruculuğundakı yerindən, beynəlxalq hüquqi yanaşmalardan və müasir dövrdə bu sahədə aktuallıq kəsb edən məsələlərdən bəhs edib.

Seminar çərçivəsində hüquq üzrə fəlsəfə doktoru, dosent, Hüquq kafedrasının müəllimi Gülnaz Ələsgərova mövzu çərçivəsində ətraflı çıxış edib, insan hüquqları sahəsində yeni tendensiyalar, milli və beynəlxalq müdafiə mexanizmləri, hüquq və azadlıqların təmin olunması üzrə institusional və hüquqi alətlər barədə məlumat verilib.

İnteraktiv formatda keçən seminar iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.







İqtisadiyyat