Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyun başa çatıb.
Final qarşılaşması İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniyanın heyətində İnaki Vilyams və Miker Oyarzabal fərqləniblər. İngiltərə seçməsinin yeganə qolunu isə Kold Palmer vurub.
Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.
XQ