ABŞ-ın sabiq prezidenti Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Tomas Metyu Kruksun ABŞ Silahlı Qüvvələri ilə heç bir əlaqəsi olmayıb. Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat verib.
“Bütün hərbi idarələr eyni ad və doğum tarixi olan şübhəlinin heç bir bölmədə hərbi xidmətlə əlaqəsi olmadığını təsdiqləyib”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl məlum olub ki, müstəntiqlər hələ də atəş açan şəxslə ekstremist təşkilatlar arasında əlaqə aşkar etməyiblər.
S.ELAY
XQ