Ümumi çəkisi 36 kiloqrama yaxın narkotik vasitə aşkar olunub

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 13-də və 14-də ümumi çəkisi 36 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 3 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1 kiloqramdan çox tiryək, 1,8 kiloqramdan çox metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolundan ibarət olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat