Zirədə, Sahildə və Masallıda oğurluq olub

post-img

Zirə qəsəbəsində oğurluq olub. Bir nəfərə məxsus torpaq sahəsindən 5000 manat dəyərində dəmir boruların oğurlanması barədə polisə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Xəzər RPİ 1-ci şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən M.Nəhmədov, M.Muradov və E.Hətəmov müəyyən olunaraq saxlanılıb.

Sahil qəsəbəsi ərazisində avtoyuma məntəqələrinin birindən 2000 manat dəyərində yuyucu aparat, naqil və inşaat materialları oğurlanıb. Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən P.Vahabov saxlanılıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları isə Ərkivan qəsəbəsində  evlərin birindən 8500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən R.Bəhlulzadə, K.Mirzəyev və əvvəllər məhkum olunmuş S.Qurbanovu saxlayıblar.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə