Dənizdə batma təhlükəsi olan qadın xilas edilib

post-img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonundakı Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi barədə məlumat daxil olub. Xəbəri nazirliyin mətbuat xidməti verib. 

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib. 

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsi ilə üzləşmiş 1988-ci il təvəllüdlü E.Şükürova dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV
XQ

Hadisə