“Türk dünyası gənc yazarlarının I Bakı forumu” layihəsi

post-img

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən “Türk dünyası gənc yazarlarının I Bakı forumu” adlı layihə icra olunur. 

Bu barədə "XQ"-yə birliyin başqanı İntiqam Yaşar məlumat verdi.

O bildirdi ki, layihə çərçivəsində Azərbaycn və digər Türk ölkə və topluluqlarından olan yeni nəsil yazarların yaradıcılıq nümunələrindən ibarət kitab çap olunacaq. Layihə çərçivəsində “Türk dünyası gənc yazarlarının I Bakı forumu” və “Şeir günü-Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley törəni” adlı tədbirlər bu ilin sentyabr ayında Bakı şəhərində geniş ictimaiyyətin iştirakı ilə təşkil olunacaq. Tədbirlərdə Türk dünyasının müxtəlif nöqtələrində yaşayıb yaradan yeni nəsil yazarlar iştirak edəcəklər.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat