Finallar nələr söyləyir?

post-img

İspaniya

İspaniyanın Avropa çempionatı­nın final mərhələsindəki statistikası: 

1964 - SSRİ ilə 2:1 (Madrid)

1984 - Fransa (Paris) ilə 0:2

2008 - Almaniya (Vyana) ilə 1:0

2012 - İtaliya ilə 4:0 (Kiyev)

2008-ci Avropa çempionu olan İspaniya 2012-ci ildə titulunu qoru­mağı bacaran yeganə komandadır.

2012-ci ildə Kiyevdə İtaliya üzərində 4:0 hesablı qələbə Avropa çempionatları tarixinin finalı üçün rekorddur.

Hazırkı turnirdə İspaniya beşinci finalında oynayır. Bu göstəriciyə görə o, 6 final oynayan Almaniyadan son­ra ikincidir. 

İngiltərə

İngiltərə Avronun əvvəlki 2020-ci ildə baş tutan yeganə finalında məğ­lub olub.

Bu günə kimi 10 komanda Avropa çempionatının qalibi olub. İngiltərə 2016-cı ildə bu titulu qazanan Por­tuqaliyadan sonra növbəti 11-ci çem­pion ola bilər.

Artıq altıncı dəfədir ki, bir ko­manda ardıcıl iki dəfə Avropa çempio­natının finalına yüksəlir. İngilislərdən əvvəl buna SSRİ (1960, 1964), Alma­niya (1972, 1976; 1980; 1992, 1996) və İspaniya (2008, 2012) yığmaları nail olub. 

Heç bir komanda Avronun iki fi­nalında ardıcıl məğlub olmayıb; yal­nız Yuqoslaviya (1960, 1968) iki dəfə finalda oynayıb, lakin heç vaxt kubo­ku qazana bilməyib. 

Qaret Sautgeyt Avropa çempiona­tının finalına iki dəfə yüksələn üçüncü məşqçi oldu. Bunu ondan əvvəl bunu Helmut Şön və Berti Foqts edib.

Matç öncəsi zədələr və cəzalılar

İspanlarda Alvaro Moratanın və­ziyyəti narahatlıq doğurur. Fransa ilə oyundan sonra “stüard” meydana çıxan azarkeşi qovarkən ispanların kapitanının ayağına yıxılıb və bundan dərhal sonra Morata axsamağa başla­yıb. Lakin sonradan Morata bildirib ki, o yaxşıdır. 

Komandaların başqa heç bir prob­lemi yoxdur.

İdman