Laçın yolu: Humanitar dəhliz, yoxsa oğru qapısı?!

post-img

Məğlub Ermənistanın siyasi hakimiyyətinin başbilənlərinin, o cümlədən də baş nazir Nikol Paşinyanın saxtakarlığa əl atması, faktları, proseslərin mahiyyətini təhrif etməsi, yalanları ilə daxili auditoriyanı və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri, bir növ, ənənə halını alıb.

Erməni tərəfi həyasızcasına aksiyaların Azərbaycanın siyasi hakimiyyəti tərəfindən dəstək­ləndiyi, yolun blokadaya alındı­ğı və bölgədə yaşayan erməni əhalisinin humanitar böhran ya­şadığını iddia edir. Reallıq bu­dur ki, qarşı tərəfin səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. Bu aksiyalar ermənilərin Rusiya sülhməramlı kontingentinin mü­vəqqəti xidmət apardığı Azər­baycan ərazilərində yerləşən faydalı qazıntı yataqlarının qey­ri-qanuni istismarı, sərvətlərimi­zin talanması, ekologiyaya ziyan vurulması ilə əlaqədar keçirilir. Aksiya iştirakçıları vətəndaş mövqeyi ortaya qoyaraq qey­ri-qanuni fəaliyyətlərin dayandı­rılmasını tələb edirlər. Onların tələbi budur ki, Azərbaycanın müvafiq qurumlarına ermənilərin qeyri-qanuni şəkildə istismar et­dikləri faydalı qazıntı yataqların­da monitorinqlər aparmalarına şərait yaradılmalıdır. Hələlik belə bir imkan yaradılmayıb və buna görə də ekofəallar gecə-gündüz fasilə vermədən aksiyalarını da­vam etdirirlər. 

Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqla­masında deyib ki, rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab et­məyib. Nazirin sözlərinə görə, Ermənistan danışıqlardan ya­yınır və verilən təklifə heç bir izah vermədən imtina edir: “Son iki ildə Laçın yolu ətrafında çox böyük qanun pozuntuları baş ve­rib. Yoldan qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlu­mat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nü­mayəndələri üçün brifinqlər keçi­rilib. Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi. Təbii ki, bu da Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuş­du. Eyni zamanda, dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi”.

Nazir bildirib ki, məsələnin həlli üçün bəlli çağırışlar var: “Həll yollarından biri kimi Pre­zident Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri ilə görüşdə, daha sonra panel müzakirəsi zamanı Er­mənistan-Azərbaycan şərti sər­hədində sərhəd-buraxılış keçid məntəqələrinin qurulmasını təklif etmişdi. Bu, yolda şəffaflığı tə­min edə bilər. Çünki hər kəs bilir ki, üçtərəfli bəyanatda nə yazılıb, tərəflərin öhdəliyi nədən ibarət­dir. Ancaq şəffaflığın olmaması ciddi problem və suallar doğurur. Bu təklif işçi qaydada müzakirə ediləndə də beynəlxalq tərəfdaş­lardan təklifin sağlam olduğunu eşidirik. Lakin Ermənistanın xa­rici işlər naziri bu təklifə istinad edərək heç bir izah vermədən ölkəsi üçün məqbul olmadığı­nı açıqladı. Hesab edirik ki, bu açıqlama Ermənistanın üçtərəfli bəyanatla bağlı öhdəliyini yerinə yetirməkdə maraqlı olmadığı mənasına gəlir. Laçın yolunda hansısa gərginliyin olmama­sı üçün verilən təklifdən imtina edir. Ermənistan manipulyasiya­larla məşğul olmaq, beynəlxalq aləmdə çaşdırıcı məlumatların verilməsi ilə yanlış təsəvvür ya­ratmaq və lazımsız gərginlik ya­ratmaqda maraqlıdır”.

Son hadisələr Laçın yolun­da şəffaflığın təmin olunmasının zəruriliyini bütün ciddiliyi ilə gün­dəmə gətirib. “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Laçın yolundan istifadə qanuni və şəf­faf olmalıdır və yoldan sui-istifa­də hallarına yol verilməməlidir. Bu səylərin tərkib hissəsi kimi, Azərbaycan Laçın yolunun baş­lanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması barədə təkliflə çıxış edib. Bu təklif Azər­baycanla Ermənistan arasın­da postmünaqişə normallaşma prosesi çərçivəsində Laçın yolu üzrə şəffaf mexanizm və etimad quruculuğu tədbiri kimi bey­nəlxalq tərəfdaşlar tərəfindən də müsbət qarşılanıb. Lakin Ermə­nistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsi Ermə­nistanın Laçın yolunda şəffaflıq­da maraqlı olmadığını və sui-is­tifadə hallarını davam etdirmək niyyətinin göstəricisidir”, - deyə Azərbaycan XİN-in bəyanatında qeyd edilib.

Dünən gün ərzində Rusi­ya sülhməramlılarına və Bey­nəlxalq Qırmızı Xaç Komitəsinə məxsus, ümumilikdə, 60-dan çox humanitar təyinatlı avtomo­bilin keçidinə şərait yaradılıb. Ekoaksiyanın 77-ci günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın mə­ramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən huma­nist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində fay­dalı qazıntı yataqlarının istisma­rına qarşıdır.

 

 

Elşən MƏCİDOV,
politoloq:

 

- Azərbaycan tərəfinin Er­mənistana və Qarabağdakı separatçılara bir neçə tələ­bi var. Bu tələblər içərisində Laçın-Xankəndi yolunda nə­zarət-buraxılış məntəqələrinin qurulması, təbii sərvətlərimizin talanmasının qarşısının alın­ması, Qarbağda qalmış erməni silahlılarının ərazini tamamilə tərk etməsi, qondarma mü­dafiə ordusunun buraxılması, Zəngəzur dəhlizinin açılması da var. Lakin Azərbaycanın haqlı tələblərinə hələ də etina­sızlıq göstərilir. Əlbəttə ki, bu halda belə Azərbaycan öz stra­teji yanaşmasını və tələblərini dəyişdirmək fikrində deyil. Bu da onu deməyə əsas verir ki, tələblər yerinə yetirilənədək ekofəallar aksiyalarını davam etdirəcəklər. 

Ermənilər yaranmış vəziy­yəti yolun “blokada”da olması və Qarabağda yaşayan ermə­nilərin humanitar böhran yaşa­ması kimi təqdim edirlər. Guya, Azərbaycan hökuməti orada yaşayan erməniləri deportasi­ya etmək istəyir. Reallığa bax­dıqda isə yol blokadada deyil və humanitar yüklər üçün açıq­dır. Deportasiya məsələsinə gəldikdə isə, cənab Preziden­timiz dəfələrlə bəyan edib ki, Qarbağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar Azərbaycan vətəndaş­lığını qəbul edib təhlükəsiz şəraitdə və yüksək səviyyədə yaşaya bilərlər.

Digər tərəfdən, üçtərəfli Bəyanatın prinsiplərinə zidd mövqe nümayiş etdirən Er­mənistan digər havadarlarını məsələyə qatmaqla danı­şıqlar prosesindən yayınır. Ermənistan hakimiyyətinin bugünkü siyasəti yalan danış­maqla beynəlxalq ictimaiyyəti çaşdırmaqdır. Nikol Paşinyan hökuməti prosesin əvvəlində Azərbaycan-Rusiya gərginliyini yaratmaq üçün cizgilər ortaya qoysa da, Azərbaycan tərəfinin siyasi iradəsi göstərdi ki, əs­lində, Ermənistan Rusiyadan üz döndərib. KTMT məsələsi, Ermənistanda yerləşən 102-ci hərbi baza qarşısındakı mi­tinqlər, Paşinyan və digərləri­nin Rusiya əleyhinə çıxışları açıq göstərir ki, Ermənistan Rusiya ilə əlaqələrini pozmaq, Fransa kimi müttəfiqlər axtarı­şındadır. Bu proses başlayıb. Çünki Rusiya hazırda tarixdə görünməmiş səviyyədə repu­tasiyasını itirib. Bu isə fürsətcil Ermənistanın başqa müttə­fiqlər axtarışına gətirib çıxarıb. 

Düzdür, aksiyaçılar müəy­yən mənada uğur əldə ediblər. Buna Ruben Vardanyanın qon­darma dövlət naziri postundan getməsi, aksiya müddətində təbii sərvətlərimizin talan edil­məsinin qarşısının alınması misal ola bilər. Lakin iş bunun­la bitmir. Qarşıda hələ ərazilə­rimizin monitorinqləri var. Bu monitorinqlərdən sonra vurul­muş ziyan hesablanacaq və Ermənistan tərəfi kompensa­siya ödəyəcək. Ermənistanın qeyri-konstruktiv siyasəti, ilk növbədə, özünə ziyandır.

 

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”



Siyasət