Həsrət Cəfərovun İslamiada gümüşü

post-img

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışına start verilib.

Dünən yunan-Roma güləşiçimiz Həsrət Cəfərov (67 kq) final görüşündə iranlı olimpiya və dünya çempionu Səid Esmaili ilə qarşılaşıb. Həmyerlimiz ilk hissəni 3:0 hesablı üstünlüklə başa vurub. Ancaq görüşün bitməsinə 4 saniyə qalmış rəqibin fəndinin qarşını ala bilməyən güləşçimiz yekunda 3:8 hesabı ilə məğlub olub və İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Nihat Məmmədli (60 kq), Ülvü Qənizadə (77 kq) və İslam Abbasov (87 kq) yarışları medalsız başa vurublar.

Qabil YUSİFOĞLU
XQ

İdman