Bu günlərdə Cəbrayıl rayonunda “Uşaqlarımızı hüquqları ilə qoruyaq” adlı maarifləndirmə toplantısı keçirilib.
İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində keçirilən yığıncaqda Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri Aynur Məmmədova, Tunar Süleymanov, ictimai fəallar, məktəblilər, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Toplantıda çıxış edənlər bildiriblər ki, uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Bu baxımdan, hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını, uşaqlara qayğısını əsirgəməməlidir.
Aylığın keçirilməsində məqsəd də uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır.
Tədbir Uşaq Səfirlər Məclisinin mövzu ilə bağlı hazırladığı videoçarxın nümayişi ilə davam etdirilib.
XQ

