Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 331 Bakı şəhəri, 5 noyabr 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 386 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının 5.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 386 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 10, maddə 1466 (Cild I) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bənddə “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

2. 5.46-cı bəndin birinci cümləsi çıxarılsın və həmin bəndin ikinci cümləsinə “orqanlarını” sözündən sonra “(qurumlarını)” sözü əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları