Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

post-img

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Elşad Quliyevin başçılıq etdiyi komanda yarımfinalda Serbiya seçməsi ilə qarşılaşıb.

"Tipos Arena"da oynanılan görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (3:1) oynayan Azərbaycan millisi adını finala yazdırıb.

Qeyd edək ki, iyunun 4-də keçiriləcək final matçında rəqib Ukrayna yığması olacaq.

İdman