Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçirilir. 2 günlük məclisdə müzakirələr “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” devizi altında baş tutur.
Forum nağdsız iqtisadiyyat, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, açıq bankçılıq, kapital bazarları və yeni ödəniş ekosistemləri kimi sahələrdə aktual trendlərin geniş araşdırılmasına həsr olunub.
Forumda dövlət qurumları, bank və maliyyə institutları, fintex ekosistemi, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərin nümayəndələri iştirak edirlər.
XQ

