“Ömür vəfa etsəydi”

post-img

8 Noyabr Zəfər Günü müna­sibətilə “İRƏLİ” İctimai Birliyinin təşəbbüsü və Nizami Kino Mərkə­zinin təşkilati dəstəyi ilə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun şücaətindən və döyüş yolundan bəhs edən “Ömür vəfa etsəydi” filminin nümayişi keçiri­lib.

Ekran işində şəhid Ramiz Cəfəro­vun silahdaşları ilə birgə düşmən tex­nikasını sıradan çıxarması və erməni quldurlarını amansızcasına məhv et­məsi səhnələrinin şahidi oluruq. Bədxah ermənilər ağır məğlubiyyətdən sonra sovet texnikası ilə hücuma keçir­lər. Ramizin döyüş yoldaşları ilə birgə qurduğu plan isə çox gözlənilməz olur. İki qumbara partlayışından sonra düş­mən yaraqlıları silahlarını hansı tərəfə tuşlayacaqlarını müəyyənləşdirənədək Ramizgil bütöv quldur dəstəsini məhv edir. 

Həyat yoldaşı Sitarə Cəfərova da filmdə Ramizlə bağlı xatirələrini dannışır: 

– Mən Ramizlə tanış olanda o, artıq hərbçi idi. Rusiyanın Ryazan şəhərin­də Ali Hava Desant məktəbini bitirib 1996-cı ildə Xüsusi Təyinatlı Qüvvələr­də (XTQ) polkovnik-Leytenant kimi qulluq edirdi. O, düz 29 il Vətənə xid­mət etdi. Ümumiyyətlə, hərbçi yoldaşı olmaq çox çətindir. Qürur hissi keçi­rirəm ki, belə bir qəhrəmanın yoldaşı­yam.

Şəhid Ramiz Cəfərovun özündən sonra qoyub getdiyi 5 övladı da qəh­rəman atalarının ən böyük arzularını yerinə yetirmək, onun yarımçıq qalan ömür yolunun layiqli davamçıları olma­ğı qarşılarına məqsəd qoyublar. 

Ömrünün 46-cı baharında şəha­dətə ucalmış şəhid Ramiz Cəfərov Masallı rayonunun Ağakişibəyli kən­dindəndir. Hələ yeniyetmə yaşların­dan hərbiyə olan marağı onu Cəmşid Naxçıvanski adına Hərbi Litseyə gətir­mişdi. ABŞ-də, Rusiyada, Almaniyada peşəkar kurslarda təhsil almış, hərbi təlimlər keçmiş Ramiz alman, ingilis və rus dillərinə mükəmməl yiyələnmiş­di. 

Filmdə dostları, sağ qalmış dö­yüş yoldaşları onun haqqında danı­şarkən deyirlər: 

– XTQ-nin komandir müavini Ramiz Cəfərovun qəhrəmanlıq tarixinə gedən yolu 2016-cı il Aprel döyüşlərindən başlayır. O, həmişə birinci irəli atıla­raq əsgərlərinə “arxamca gəlin!” əmri­ni verərək, nümunə göstərərdi. Qartal kimi irəli şığıyardı. Buna görə də ona “Şuşa qartalı” adını vermişdik. Ramiz Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə də iştirak etdi. Er­məni faşizmi üzərində qələbələrimizə böyük töhfə verməklə işğal altında olan ərazilərin azadlığı uğrunda döyüşlərin önündə gedən əsl qəhrəman idi. O, heç vaxt torpaqların düşmən tapda­ğında qalması ilə razılaşmırdı. Həmişə deyirdi ki, nəyin bahasına olursa-olsun, torpaqları azad edəcəyik. Belə də oldu. 

Müharibənin bitməsinə iki gün qal­mış Ramizin şəhid xəbəri gəldi. No­yabrın 6-da Şuşa uğrunda savaşda döyüş yoldaşları ilə birgə ağır artille­riyadan və tanklardan açılan düşmən gülləsinə tuş gəldi. Şuşanın alındığını görsə də, qələbə sevincini axıra qədər yaşaya bilmədi. Nəşi Bakıya gətirilərək noyabrın 11-də II Fəxri xiyabanda dəfn olundu. Ölümündən sonra “Vətən Mü­haribəsi Qəhrəmanı”, “Vətən uğrunda”, Cəbrayılın, Şuşanın, Füzulinin və Xo­cavəndin azad olunmasına görə me­dalları ilə təltif olunub.

Sonda filmin yaradıcı heyəti ilə söhbətləşdik. Filmin ssenari müəllifi Rəfiqə Məsud XQ-yə bildirdi: 

– Torpaqlarımızı işğaldan azad edən və cəbhədə mərdliklə həlak olan oğullarımızın igidliklərini, döyüş yolunu işıqlandırmaq, onlar haqqında gələ­cək nəsilləri bilgiləndirmək üçün belə bir film ərsəyə gətirdik. Qeyd edim ki, 20 milli qəhrəman haqqında çəkilmiş sənədli filmlərin müəllifiyəm. Bunu özümə borc bilirəm. Gənclərə də bu filmləri göstərməkdə məqsədimiz bu­dur ki, onlar tariximizi bilsinlər. Nəin­ki gənclər, hər kəs bilməlidir ki, bizim necə tarix yazan qəhrəman oğullarımız olub. 

Filmin rejissoru Taleh İsmayıl isə dedi: 

– Ramiz və onun kimi oğullar Vətən yolunda canlarını fəda etdilər ki, mil­lət, xalq yaşasın. Biz də bu qəhrəman oğullarımız haqqında silsilə filmlər ər­səyə gətiririk ki, gənc nəsillər də igid oğullarımızı tanısınlar. Gənclər arasın­da vətənpərvərliyi təbliğ etmək lazım­dır. Çünki düşmənlərimiz yatmayıb. Hər an təxribat, hücumlar ola bilər. I və İİ Qarabağ müharibələrində şəhid olan bütün milli qəhrəmanların, igid soydaşlarımızın xatirəsini həmişə uca tutmalıyıq. 

 

Fidan SALMANOVA
XQ

























Mədəniyyət