Qərbi Azərbaycan həqiqətləri ingilis dilində

post-img

Xalqımızın Qarabağ zəfərindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi gerçəklikdən bəhs edən “Qərbi Azərbaycan və Zəngəzur dəhlizi: Ta­rix, iqtisadiyyat, hüquq və regional güc mübarizəsi” adlı fundamental kitab bu günlərdə İngiltərənin nüfuzlu “Cambridge Scholars Publishing” nəşriyya­tında işıq üzü görüb.

Türkiyənin Egey Universiteti Türk Dün­yası Araşdırmaları İnstitutunun kafedra mü­diri, professor Vəfa Qurbanın redaktorluğu ilə hazırlanmış, çağdaş Azərbaycan həqiqət­lərini beynəlxalq auditoriyaya çıxaran funda­mental nəşr həm elmi dairələr, həm də Cənu­bi Qafqaz məsələləri ilə məşğul olan siyasi araşdırma mərkəzləri üçün mötəbər mənbə­dir. Kitabın müəllifləri isə Azərbaycanda və Türkiyədə çalışan elm adamları professor Cavid Abdullazadə, dosentlər Hamit Öz­man, Oğuzhan Ergün, elmi tədqiqatçılar Nur Çümən Aşçı, Berrin Sarı və hüquqşünas Bur­çin Oğuzdur.

Monoqrafiyada Cənubi Qafqazın geosiyasi baxımdan ən həssas məkanların­dan olan Qərbi Azərbaycan bölgəsi çox­şaxəli elmi yanaşma ilə təhlil olunur. Əsərin əsas məqsədlərindən biri Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə elmi, faktlara əsaslanan və anlaşılan şəkildə təq­dim etməkdir. Bu istiqamətdə xüsusilə Ru­siya arxiv mənbələrinə söykənən araşdırma­lar bölgənin tarixi-siyasi mənzərəsini daha da aydınlaşdırır. Kitabda son 2 əsrdə Qərbi Azərbaycan torpaqlarında aparılmış demoq­rafik dəyişiklik siyasəti, əhalinin məcburi köçürülməsi prosesi, kütləvi soyqırımları və Ermənistan adlı oyuncaq dövlətin bu əra­zilərdə necə formalaşdırılması tarixi də geniş faktoloji baza əsasında izah olunur.

Tədqiqatın digər mühüm istiqaməti Zən­gəzur dəhlizinin tarixi, siyasi və iqtisadi əhə­miyyəti ilə bağlıdır. Nəşrdə müxtəlif sahələr üzrə ixtisaslaşmış alimlərin araşdırmaları ilə sübut edilmiş Zəngəzurun qədim türk yurdu olması, bölgənin türkdilli xalqlar üçün stra­teji və regional güc balansındakı rolu ətraflı əksini tapıb. Kitabda dəhlizin gələcək inkişaf perspektivləri, regiondakı geosiyasi riskləri və imkanları da elmi əsaslarla dəyərləndiri­lib.

2020-ci il Qarabağ Zəfərindən sonra böl­gədə yaranmış yeni reallıqlar fonunda kitabın təqdim etdiyi hüquqi, demoqrafik və geost­rateji təhlillər həm elmi ictimaiyyət, həm də digər qurumlar üçün dəyərli mənbə rolunu oynayır. Əsər torpaq hüquqları, etnik-siyasi proseslər və beynəlxalq hüququn tətbiqi ilə bağlı müasir yanaşmaları özündə birləşdirir.

Namiq QƏDİMOĞLU
XQ

Mədəniyyət