Maarifçi şairin yubiley gecəsi

post-img

Seyid Əzim Şirvani – 190

Noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük mütəfəkkir şair Seyid Əzim Şirvaninin 190 illiyi müna­sibətilə ədəbi-bədii gecə keçirilib.

Tədbirdə çıxış edən yazıçı-dramaturq İlqar Fəhmi Seyid Əzim Şirvaninin ədəbi irsi, maarifçi fəaliyyəti və XIX əsr Azərbay­can poeziyasında oynadığı mühüm roldan söz açıb.

Şairin kötücəsi, Milli Məclisin deputatı Şahin Seyidzadə qeyd edib ki, Seyid Əzim Şirvani xüsusi icazə ilə Şamaxıda məktəb açıb, müəyyən məhdudiyyətlərə baxmaya­raq, həm Azərbaycan, həm də rus dillərində tədrisin təşkilinə nail olub. Şahin Seyidzadə­nin sözlərinə görə, Seyid Əzimin şeirlərinin muğamlarda ifa olunması onların daha geniş kütlələr tərəfindən sevilməsinə səbəb olub.

Digər çıxışçılar da Seyid Əzim Şirvani­nin zəngin irsindən bəhs ediblər.

Tədbirin bədii hissəsində müxtəlif mu­ğam parçaları səsləndiriblər.

Tədbirin poetik hissəsində isə qiraət us­taları Hüseynağa Aslanov, Elşən Qədri və Gülbala Dadaş Seyid Əzim Şirvaninin şeirlə­rindən parçalar təqdim edərək gecənin ədəbi ovqatını tamamlayıblar.

XQ

Mədəniyyət