Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkəsidir

post-img

Prezident İlham Əliyev mayın 10-da xalqa müraciətində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yolla Azərbaycanın bu gün uğurla getdiyini, ölkəmizin 2003-cü ildən indiyədək sürətli sosial-iqtisadi inkişaf və tərəqqi dövrü yaşadığını bildirib. Dövlətimizin başçısı, eyni zamanda, uzun illər bundan sonra da respublikamızın uzunmüddətli strategiya və daxili resurslar əsasında inkişaf edəcəyini əminliklə vurğulayıb. 

Ölkə rəhbəri daha sonra deyib: “Bu gün, sözün əsl mənasında, müstəqil xa­rici və daxili siyasət apara bilən ölkələ­rin sayı dünyada çox məhduddur. Azər­baycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziy­yətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşa­yırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qu­ruruq”.

Müraciətdə son 20 ildə dünya miqya­sında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmadığı, bu dövr ərzin­də iqtisadiyyatın 3 dəfədən çox artdığı, valyuta ehtiyatlarının 65 milyard dollara çatdığı, xarici borcun isə ümumi daxili məhsulun cəmi 9-10 faizini təşkil etdiyi diqqətə çatdırılıb. 

Təkcə yuxarıda sadalanan göstəri­cilərə əsaslanıb qeyd edə bilərik ki, son 20 il Azərbaycanın müasir tarixinə iqti­sadi, sosial, siyasi və mədəni inkişafının dönüş mərhələsi kimi daxil olub. Bu dövr ərzində uğurla həyata keçirilən islahat­lar nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyatı kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini təqdim edib. Ölkənin maliyyə imkanları tarixi maksimuma çatdırılıb. Azərbaycan Cənubi Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.

Respublikamız regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qov­şağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirib. Bütün bunların sayəsində təbii olaraq respublikamızın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyə­ti xeyli yüksəlib. Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsin­də insanların həyat şəraitinin yüksəldil­məsi, rifahının yaxşılaşdırılması sahəsin­də möhtəşəm nailiyyətlər əldə edilib.

Yeri gəlmişkən, dövlətimizin başçısı­nın prezidentlik fəaliyyəti illərində iqtisa­di sahədə əldə edilən digər göstəricilərə də diqqət yetirmək istərdik. Əvvəlcə onu deyək ki, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal həcmi son 20 il ərzində 22 dəfə artaraq 133,8 milyard manata çatıb. Bu dövrdə ölkə əhalisinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyat­ları isə 2023-cü ilin aprel ayında 2003-cü ilə nəzərən 41 dəfədən çox artıb (2003-cü ildəki 1,6 milyard dollardan 65,9 mil­yard dollara çatıb).

Azərbaycanın bank sektoru da il­dən-ilə dinamik inkişaf nümayiş etdirir. Belə ki, bu gün respublika banklarının aktivləri 44,8 milyard manatdır, biznes kreditlərinin payına 11 milyard manatdan çox düşür. Həmçinin ölkədə dollarlaşma getdikcə əhəmiyyətli dərəcədə azalır, xüsusən xarici valyutada kreditlərin sayı xeyli aşağı düşür. 

İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Neft gəlirləri uğurla sosial-iqtisa­di inkişafa transformasiya edilib, iqtisa­diyyatın fiziki və texnoloji infrastrukturu tamamilə müasirləşib. Sürətli artım sayə­sində əhalinin həyat səviyyəsi əhəmiy­yətli yüksəlib, yoxsulluq səviyyəsi xeyli azalıb.

Bu müddətdə regiondakı liderlik mövqeyini davamlı şəkildə möhkəmlən­dirən Azərbaycan özünü etibarlı tərəf­daş kimi təsdiq edə bilib, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri qovşa­ğına çevrilib. Beləliklə, Prezident İlham Əliyevin qarşıya qoyduğu müasir dövlət, dayanıqlı iqtisadiyyat və inklüziv cəmiy­yət hədəfləri artıq günümüzün reallığına çevrilib.

Azərbaycanda elektroenergetika sahəsi də sürətlə inkişaf edir. Son 20 il ərzində respublikada inşa olunan 40-a yaxın elektrik stansiyasının generasiya gücü təqribən 3400 meqavata bərabər­dir.

Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının pri­oritet istiqamətlərindən biri məhz yol inf­rastrukturunun müasir standartlara cavab verən səviyyədə yenidən qurulmasıdır. Bu məqsədlə Azərbaycan büdcəsindən hər il böyük həcmdə vəsait ayrılır. Həmin maliyyə hesabına respublikada dünya standartlarına uyğun səviyyədə, yüksək keyfiyyətli avtomobil yolları salınır.

Xatırladaq ki, son 20 ildə Azərbay­canda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. 

Hazırda Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki parlaq qələ­bədən sonra işğaldan azad edilmiş əra­zilərdə minlərlə kilometr avtomobil yolu çəkir. Qarabağ münaqişəsinin həlli də regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradır. 

Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi,
mexanika üzrə fəlsəfə doktoru

Azərbaycanda 2003-cü ildən baş­layaraq təkcə paytaxtımızda deyil, bölgələrdə də geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı inf­rastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb və minlərlə yeni iş yeri açılıb. Bütün bun­lar hər bir rayonun, kəndin və qəsə­bənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə rəvac ve­rib. 

Enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın və əhalinin elektrik enerjisi ilə dayanıqlı təchizatı siyasətimizin ən prioritet istiqamət­lərindən olub. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi, “Şahdəniz” qaz yatağının mərhələlərlə istismarı Azərbaycanın dünyanın neft-qaz ba­zarına daxil olmasına zəmin yaradıb. “Əsrin müqaviləsi”nin müddəti Azər­baycan üçün əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılıb.

Neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə mühüm layihələr həyata keçirilib. Hazırda Heydər Əliyev adına Bakı neft emalı zavodunda əsaslı rekonstruksiya və modernləşmə ilə əlaqədar mühüm iş­lər aparılır, karbamid zavodunun, yeni polietilen və polipropilen qurğularının tikintisi isə tamamlanaraq, müvafiq sınaq işlərinə başlanılıb. Bu müəs­sisələrdə istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, həm də yüksək ixrac potensialını gerçək­ləşdirib. 

Şübhəsiz ki, sadalanan uğurların qazanılmasında ölkədə dayanıqlı ic­timai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillərdəndir.

Ardıcıl və sistemli surətdə həyata keçirilən şaxələndirmə siyasəti, sa­hibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər ölkə sənaye­sinin yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaradıb. Sənayenin inkişafına dair Dövlət Proqramı təsdiq edilib və icrasına başlanılıb. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbay­can iqtisadiyyatı üçün yeni olan kos­mik, müdafiə, gəmiqayırma, alternativ enerji və sair sahələr yaradılıb. 

Qeyri-neft sənayesinin inkişaf et­dirilməsində müasir istehsal infrast­rukturuna malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılma­sına üstünlük verilib. Bu cür sənaye kompleksləri ölkənin ixrac qabiliyyə­tinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması baxımından xüsusilə əhəmiyyətlidir. Artıq fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı və Qaradağ Sənaye parkları, Neftçala Sənaye Məhəllə­si məhz belə müəssisələrdəndir. Bu illərdə Bakı gəmiqayırma zavodu, Gədəbəy və Daşkəsən qızıl-filiz za­vodları, Gəncə avtomobil zavodu, Gəncə alüminium kompleksi, iri qaba­ritli transformatorlar zavodu, yüksək gərginlikli avadanlıqlar zavodu və di­gər müasir tipli müəssisələr istifadəyə verilib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”



İqtisadiyyat