Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

post-img

Azərbaycan və Rusiya aqrar sahədə, o cümlədən aqrar-sənaye kompleksi məhsullarının ikitərəfli ticarətində əməkdaşlığı genişləndirir.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq “Baytarlıq təhlükəsizliyi” Forumunda Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut və Azərbaycan nümayəndə heyətinin rəhbəri, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Rusiya tərəfi görüşdə taxıl və yağ-piy məhsullarının, balıq və dəniz məhsullarının, eləcə də gübrələrin ixracının artırılmasında maraqlı olduğunu bildirib. Görüş iştirakçıları seleksiya və toxumçuluq sahəsində əməkdaşlığı perspektiv istiqamət kimi qiymətləndirilib və bu əməkdaşlığın hər iki ölkənin ərzaq təhlükəsizliyinin və texnoloji suverenliyinin möhkəmləndirilməsi üçün vacib olduğunu vurğulayıblar.

Tərəflər həmçinin, epizootik sabitlik məsələlərini və Rusiya baytarlıq məhsullarının Azərbaycan bazarına tədarükünün artırılması imkanlarını müzakirə ediblər.



Son xəbərlər