Andrey Yermak istefa verib

post-img

Ukrayna Prezident Administrasiyasının (PA) rəhbəri Andrey Yermak istefa verib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yayımlanan videomüraciətində bildirib.

Ukrayna lideri Yermakın danışıqlarda Ukraynanın mövqeyini “hər zaman düzgün və vətənpərvər şəkildə” təmsil etdiyini vurğulayıb:

“Mən Andreyə minnətdaram ki, danışıqlar prosesində Ukraynanın mövqeyini hər zaman tələb olunduğu kimi təqdim edib. İstəyirəm ki, bu məsələ ətrafında şayiələr və manipulyasiyalar yaranmasın”.

Zelenski həmçinin Prezident Administrasiyasının tam yenilənəcəyini açıqlayıb. Onun sözlərinə görə, PA rəhbərliyinə namizədlərlə məsləhətləşmələr 29 noyabr tarixində keçiriləcək.

Qeyd edək ki, bu gün Andrey Yermakın evində Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu (SAP) tərəfindən axtarış aparılmışdı. Yermak daha sonra bu məlumatı təsdiqləmişdi.

Xatırladaq ki, o, 2020-ci ilin fevralından sözügedən vəzifədə çalışırdı.

XQ

Dünya