Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib.
Noyabrın 28-də Naxçıvan şəhərində keçirilən vətəndaş qəbulunda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar xarici kvalifikasiyaların tanınması, iş yerinin dəyişdirilməsi, müəllimlərin işə qəbulu və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Səbuhi HƏSƏNOV


.jpeg)
