Bitkilər məlhəmdir: hansılar və necə?

post-img

Bir çoxumuz xəstələnəndə bitki mənşəli müalicə üsullarına müraciət edirik. Lakin bu üsullar diqqətsiz istifadə edildikdə böyrəklərə zərər verə bilər. Nefrologiya uzmanı professor Mehmet Şükrü Sevər dünya əhalisinin 75 faizinin bitkilərdən dərman kimi istifadə etdiyini bildirib. 

O deyib ki, bitkilərdən hazırlanan dərman başqa, dərman üçün bitkilər­dən istifadə etmək isə tamam başqadır. Tərkibi naməlum olan bitki qarışımları həyati təhlükəli nəticələrə səbəb ola bilər. Ağrıkəsici kimi istifadə edilən çi­nar və söyüd ağacının yarpaqları və ya qabığından hazırlanan çaydan çox isti­fadə olunur. Kəskin böyrək çatışmazlığı ilə xəstəxanaya yerləşdirilənlərin çoxu həmin istifadəçilər olur. 

Sevərin fikrincə, bitki mənşəli məh­sulların dərmanlarla qarşılıqlı əlaqəsi daha riskli ola bilər. Üstəlik, tərkibi bi­linməyən təsadüfi otları, qabıqları qay­nadıb xəstəliyin müalicəsində istifadə etmək özü də bir çox təhlükələrə sə­bəb olur. Bunların əks-təsiri olmadığına dair fikirlər əsassızdır. Bəzi dərmanlar bitkilərdən hazırlanır. Amma bu dər­manlar üçün əvvəlcə bitkilər təmizlənir, toksiklik yoxlanır, onların kimyəvi tərkibi müəyyən edilir, dozalar standartlaşdırı­lır, heyvanlar üzərində sınaqlar aparılır.

Professorun sözlərinə görə, həd­dindən artıq istifadə edilən otların böy­rəklərə zərər vermə riski çox yüksəkdir. Ona görə də mənşəyi məlum olmayan bitki və otları qonşular və ya qohum­lar məsləhət gördükləri üçün qaynadıb dərman kimi içmək tövsiyə edilmir. 

Z.HÜSEYNLİ
XQ

Sosial həyat