“Səsimi eşit” xeyirxahlığa çağırır

post-img

Müslüm Maqomayevin mahnılarının yeni ifası bu məqsədə xidmət edir

Rusiyanın məşhur sənətçiləri dahi müğənni Müslüm Maqomayevin 12 populyar mahnısından ibarət “Səsimi eşit” adlı albom yazdırıblar. Kompozisiyalar 2024-cü il martın 22-də Moskvada “Crocus City Hall”da baş vermiş dəhşətli terror aktı zamanı həlak olanların ailələrinə və yaralananlara kömək məqsədilə ifa olunub. 

Albomda Rusiyanın tanınmış sənətçiləri – Basta, Valeriya, Vanya Dmitrienko, Polina Qaqarina, Stas Mixaylov və HammAli, Nə­vai, Lyusya Çebotina, Vladimir Presnyakov və başqaları iştirak ediblər. Girişdəki şeiri isə Fyodor Bondarçuk səsləndirir. Topluda şəhər romantikası musiqisindən tutmuş simfonik or­kestrə qədər çeşidli aranjimanlar palitrasından istifadə edilib.

Qeyd edək ki, pleylist VK, Yandex, MTS musiqi proqramlarında da mövcuddur. Bu al­bomu dinləyən insanlar yuxarıda sadalanan musiqi xidmətlərindən istifadə edərək onu pula çevirir və zərərçəkənlərə göndərir. Albo­mun çəkilişini isə “VK Music” şirkəti təşkil edib.

F. SALMANOVA
XQ

Sosial həyat