Azərbaycan Texnologiya Universiteti: Dünən, bu gün və sabah...

post-img

Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı hər bir xalqın, hər bir dövlətin inkişafının məhz təhsildən keçdiyini, təhsilin inkişafının isə milli şüurdan asılı olduğunu göstərir. Azərbaycan dövlətçiliyinin müasir tarixinə adı əbədi həkk olunan nadir tarixi şəxsiyyət, fenomenal siyasi xadim Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış və bu anlayışların kökündə duran təhsilin inkişafı dövrü kimi də qəbul edilə bilər. Məhz ümummilli liderin təşəbbüsü ilə bir sıra mühüm təhsil müəssisələri fəaliyyətə başlamışdır. Onlardan biri də Azərbaycan Texnologiya Universitetidir (ATU). 

Heydər Əliyevin təşəbbüsü ilə müxtəlif dövrlərdə bu ali məktəblə bağlı üç qərar verilib. 1970-ci ildə Azərbay­can Politexnik İnstitutunun Kirovabad (Gəncə) filialı fəaliyyətə başlayıb. On il sonra, yəni 1980-ci ildə digər bir qə­rarla Azərbaycan Texnologiya İnstitutu təşkil olunub. 

Ölkə Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar isə Azərbaycan Texnologiya Universiteti yaradılıb. 

Bu gün ali təhsil müəssisəsinin rek­toru vəzifəsini icra edən Yaşar Öməro­vun rəhbərliyi ilə yeni dövrə qədəm qoyan Azərbaycan Texnologiya Uni­versitetinin kollektivi o hədəflərin ma­hiyyətini tam dərk edərək, onların real­lığa çevrilməsi üçün var gücü ilə çalışır. Universitetin uğurlarına təkan verən hər bir əməkdaş anlayır ki, ali təhsil müəssisəsinin məsuliyyəti böyükdür və işdə tənqidi düşüncə, yaradıcı yanaş­ma, yeni ideyalar, məhsuldar, şəffaf, obyektiv iş, öz bəhrəsini vermiş bey­nəlxalq təcrübənin ümumbəşəri və milli dəyərlərlə vəhdəti, səmərəli əməkdaş­lıq tətbiq edilməlidir. 

Heç şübhəsiz, ölkəmizin dinamik inkişafında və bilik iqtisadiyyatının formalaşdırılmasında ali təhsilin mü­hüm rolu var. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil müxtəlif sahələr üzrə davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bu baxımdan universitetlərdə tədris olunan ixtisasların zamanın tələblərinə cavab verə bilməsi olduqca vacibdir ki, bu məsələ Azərbaycan Texnologi­ya Universitetində diqqət mərkəzində saxlanılır. 

Hazırda universitetdə Yüngül səna­ye mühəndisliyi və dizayn, Maşın mü­həndisliyi və logistika, Kimya və me­tallurgiya mühəndisliyi kimi kafedraları özündə birləşdirən Yüngül sənaye mü­həndisliyi və logistika fakültəsi, Qida mühəndisliyi və ekspertiza, Ətraf mü­hitin mühafizəsi kafedralarından ibarət Qida mühəndisliyi fakültəsi, Avtoma­tika və informasiya texnologiyaları, Kompüter mühəndisliyi və telekom­munikasiya, Ümumi və tətbiqi fizika, eləcə də Ümumi və tətbiqi riyaziyyat kafedralarından ibarət Avtomatika, telekommunikasiya və informatika fa­kültəsi, İqtisadiyyat, İdarəetmə, Turizm sənayesinin təşkili, İctimai elmlər və multikulturalizm, Xarici dillər kafedrala­rını özündə ehtiva edən İqtisadiyyat və idarəetmə fakültəsi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilində universite­tin tarixində ən yüksək qəbul nəticələri qeydə alınıb. Bakalavr səviyyəsi üzrə qəbul 99 faiz, magistratura səviyyəsi üzrə qəbul isə 96 faiz olub. Halbuki, 2020-2021-ci tədris ilində bu göstəri­cilər müvafiq olaraq 69,1 və 82,8 faiz təşkil edib. 2021-2022-ci tədris ilində isə bakalavr səviyyəsi üzrə qəbul 69,2 faiz, magistratura səviyyəsi üzrə qəbul isə 94,7 faiz olub. 

Hazırda universitetdə 3000-ə yaxı­nı bakalavr, 400-dək magistr olmaqla, 3400 tələbə təhsil alır. Tələbələrə 15 nəfər elmlər doktoru, 9 nəfər profes­sor, 1 nəfər professor-məsləhətçi, 82 nəfər fəlsəfə doktoru (onlardan 61 nəfəri dosent, 16 nəfəri dosent əvəzi və 5 nəfəri isə baş müəllimdir), 108 nəfər baş müəllim, 59 nəfər assistent və 14 nəfər müəllim təhsil verir. O cümlədən, 3 nəfər Əməkdar müəllim, 1 nəfər Əməkdar mühəndisdir. Tədris prosesinin yüksək səviyyədə, möv­cud standartlara uyğun təşkili və ona nəzarətin həyata keçirilməsi məqsədi ilə universitetdə Keyfiyyətin təminatı və audit şöbəsi fəaliyyət göstərir. Bu da tələbələrin dərsə davamiyyətinə, nizam-intizam qaydalarına riayət edil­məsinə, müəllimlərin məsuliyyətinin ar­tırılmasına ciddi təsir göstərir. Dərslə­rin müasir interaktiv təlim metodları ilə, İKT-dən istifadə edilərək keçirilməsinə nail olunub. 

Universitetdə tədris sahəsində ilk görülən işlərdən biri dövlət standartla­rına uyğun və əmək bazarının tələblə­rinə cavab verən ixtisaslar üzrə tədris planlarının yenilənməsi olub. Həmin tədris planlarının artıq 2022–2023-cü tədris ilindən etibarən bakalavr səviy­yəsində tətbiq olunmasına başlanılıb. Vahid Avropa Ali Təhsil Məkanının standartlarına inteqrasiya şəraitində universitetin fəaliyyət istiqamətlərinə uyğun Avropa ali təhsil müəssisələrinin qabaqcıl təcrübəsi öyrənilərək tətbiq edilir.

Hazırda ATU-da 20 ixtisas üzrə kadr hazırlığı aparılır. Bura əsasən texniki və texnoloji ixtisaslar aid olsa da, iqtisadiyyat və idarəetmə, turizm və ekologiya üzrə də ixtisaslı kadr hazırlığı həyata keçirilir. Növbəti 2023–2024-cü tədris ilindən başlayaraq uni­versitetdə yeni “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə kadr hazırlı­ğına da başlanılacaq. Yaxın gələcəkdə universitet əmək bazarının tələblərinə uyğun olaraq mövcud ixtisaslar üzrə mütəxəssis hazırlığının gücləndirilməsi ilə yanaşı, digər yeni ixtisasların açıl­masını nəzərdə tutub. 

Təhsildə aşkarlıq, şəffaflıq və ob­yektivlik amilləri də universitet rəh­bərliyinin xüsusi diqqətindədir. 2022-2023-cü tədris ilində universitetdə tələ­bələrin biliyinin düzgün, şəffaf qiymət­ləndirilməsi məqsədilə imtahanların təşkilinə ciddi hazırlıqlar görülüb. Yazılı və test üsulu ilə keçirilən imtahanla­rın nəticələrinin operativ yoxlanılması məqsədilə kompüterlərə yeni proqram yüklənib və qış imtahan sessiyasında istifadəyə verilib. Nəzarət kameraları ilə təmin olunmuş auditoriyalar, test suallarının hazırlanaraq tələbələrə təq­dim edilməsi, mütəmadi olaraq “açıq qapı” günlərinin keçirilməsi, imtahan sessiyaları dövründə mediaturun təşki­li, valideynlər tərəfindən prosesin izlən­məsi imtahanların şəffaflığının təmin edilməsinə imkan yaradıb. 

Universitetdə son bir il ərzində struktur islahatlar və optimallaşdırma işləri aparılıb. Belə ki, dövrün tələblə­rinə uyğun olaraq “Turizm sənayesinin təşkili” və “Ətraf mühitin mühafizəsi” kafedraları yaradılıb, “Marketinq”, “Me­necment”, “İnzibati idarəetmə və kom­mersiya” kafedralarının bazasında isə “İdarəetmə” və “İqtisadiyyat” kafedrala­rı təşkil olunub.

ATU-da elmi fəaliyyətin səmərəli təşkili və həyata keçirilməsinə də xü­susi diqqət ayrılır. Universitetin rektoru vəzifəsini icra edən Yaşar Ömərovun rəhbərliyi ilə 2022-2023-cü tədris ilində ikisi elmi-praktiki, ikisi isə elmi-nəzəri olmaqla, 4 elmi konfrans və 1 forum keçirilib. Belə ki, universitetdə 13 uni­versitetin, 3 elmi müəssisənin, 2 təşki­latın alim və tədqiqatçılarının iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan "Müasir elmin aktual çağırışları və na­iliyyətləri" adlı respublika elmi-praktik konfransı reallaşıb. 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dör­düncü Sənaye İnqilabı və innovativ tex­nologiyalar” mövzusunda beynəlxalq elmi konfrans isə 16 ölkə, 70 xarici və 17 ölkədaxili ali təhsil müəssisəsi, 10 elmi müəssisə, 10 təşkilatı əhatə edən alim və tədqiqatçıların iştirakı ilə baş tutub. Bu, universitet tarixində xarici ölkə universitetlərinin və əcnəbi alim­lərin iştirakına görə ən böyük konfrans olub.

“Qarabağ və Şərqi Zəngəzur iqtisa­di rayonlarında mövcud ekoloji vəziy­yət: Müasir çağırışlar və problemlərin həlli yolları” adlı elmi-nəzəri konfrans böyük maraq cəlb edib. Universitet ta­rixində üç ali təhsil müəssisəsinin, yəni Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti və Mingə­çevir Dövlət Universitetinin təşkilatçılğı ilə baş tutan “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-nəzəri kon­frans da keçirilən tədbirlər sırasındadir. 

“Üzümçülüyün və Şərabçılığın İn­kişafı” forumunda isə 3 universitet, 4 elmi-tədqiqat institutu, 4 mərkəz, 1 agentlik, 1 assosiasiya, 9 şərabçılıq müəssisəsi iştirak edib. Forumun bun­dan sonra hər il keçirilməsi və miqya­sının genişləndirilməsi də planlaşdırılır.

2022-2023-cü tədris ili universitet­də ilk dəfə təşkil olunan kafedraların elmi-texniki yaradıcılıq fəaliyyəti məh­sullarının sərgisi ilə də əlamətdar olub. Sərgidə universitet kafedralarının elmi və texniki yaradıcılıq fəaliyyətinin məh­sulları, fundamental və tətbiqi tədqiqat­lar, o cümlədən texnoloji yeniliklər və innovasiyalar nümayiş etdirilib. 

Azərbaycan Texnologiya Universi­tetinin elmi-tədqiqat fəaliyyətində əhə­miyyətli dərəcədə irəliləyiş göstəricilər­də öz əksini tapır. Belə ki, son bir ildə professor-müəllim heyətinin 90 faizdən çoxunun “Google Scholar” platforma­sında kabineti yaradılıb. 

Tədris prosesində yeni yanaşmalar tətbiq etməyə hədəflənmiş təhsil üçün əməkdaşlıq vacibdir. Odur ki, universi­tet rəhbərliyinin işə səmərəli və məh­suldar yanaşması ilə ötən dərs ilində Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında ikitərəfli müqavilə imzalanıb. Bundan başqa, digər region universi­tetləri olan Lənkəran Dövlət Universi­teti və Mingəçevir Dövlət Universiteti ilə birlikdə üçtərəfli əməkdaşlıq müqa­viləsinə imza atılıb. Tələbələrin nəzəri bilikləri ilə yanaşı, praktik biliklərini ar­tırmaq üçün dövlət qurumları və səna­ye müəssisələri ilə əlaqələr gücləndiri­lib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğul­luq Agentliyi, Azərbaycan Respubli­kasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliy­yat Agentliyi, Türkiyənin “Galaxy Teks­til”, “Gəncə Şərab-2” ASC, “Azqranata” MMC, “Savalan- ASPI Winery” MMC, “Şirvan şərabları” MMC və Qəbələ Konserv zavodu ilə müqavilələr imza­lanıb. Son zamanlar universitetin im­zaladığı müqavilələrdən biri də dünya səviyyəli şirkət olan “Huawei”lədir. Ha­zırda universitet-sənaye əlaqələrin qu­rulması üçün iş davam etdirilir. 

Tədrisin və elmin keyfiyyəti üçün peşəkar yanaşma ilə beynəlmillələş­mə də Azərbaycan Texnologiya Uni­versitetinin prioritet istiqamətlərindən biridir. Universitet “Erasmus+” müba­dilə proqramı çərçivəsində İspaniya, Almaniya, Rumıniya və Polşa daxil olmaqla, ümümilikdə Avropanın 7 ölkə­sindən müxtəlif nüfuzlu universitetlər ilə fəal əməkdaşlıq həyata keçirir. Son 1 il ərzində “Erasmus+” mübadilə proq­ramı çərçivəsində ATU-nun 10-a yaxın tələbəsi Avropanın universitetlərində 1 semestrlik təhsillərini davam etdirərək, geri qayıdıblar. İndiyədək mübadilə proqramı ilə xaricə göndərilmiş tələ­bələrin, demək olar ki, hər biri təhsilini müvəffəqiyyətlə başa vurub. Həmçinin, müəllim heyətindən mübadilə proqra­mında iştirak edən əməkdaşlar əldə et­dikləri bilik və bacarıqları universitetdə digər həmkarları ilə bölüşürlər, proqra­mın verdiyi imkanlardan bütövlükdə ali təhsil ocağının müvəffəqiyyətlə yarar­lanmasına çalışırlar. 

Azərbaycan Texnologiya Universi­teti 2023-cü il ərzində bir sıra universi­tetlərlə ikili əməkdaşlıq memorandumu imzalayıb. Bundan əlavə, beynəlmiləl­ləşmə istiqamətində Polşanın Bialystok Texnologiya Universiteti ilə magistratu­ra səviyyəsində “Nəqliyyat logistikası” ixtisası üzrə ilk ikili diplom proqramı­nın reallaşdırılması üçün işlər yekun­laşmaqdadır. Digər ixtisaslar üzrə ikili diplom əməkdaşlığını genişləndirmək məqsədi ilə Macarıstan və Rumıniya ilə danışıqlar da aparılır.

Universitet Avropa Komissiyası tərəfindən maliyyələşdiriləcək daha bir layihədə tərəfdaş kimi iştirak imkanı qazanıb. Bu, “Azərbaycan universitet­lərində yaşıl və davamlı qlobal iqtisa­di inkişaf: bərpa olunan enerji və iqlim dəyişikliyinin təsirinin azaldılması” – REFRESH layihəsidir. REFRESH la­yihəsi tədris metodologiyalarını, tədris proqlamlarını təkmilləşdirmək və hər bir tərəfdaş ali təhsil müəssisəsində pi­lot dərslərə başlamaq üçün təlim (ToT) proqramına müəllim heyətini cəlb et­məklə universitetlərdə potensialı artır­maq məqsədi daşıyır. 

Ötən tədris ilində universitet kollek­tivinin, tələbələrin sosial fəallığının artı­rılması da nəzərdən kənarda qalmayıb. Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası real­laşdırılıb. Ali məktəbin tarixində ilk dəfə olaraq 1000-ə yaxın tələbənin iştirakı ilə 2 fleşmob düzənlənib. Bunlardan biri Zəfər Gününə, digəri isə Heydər Əliyevin 100 illiyinə həsr edilib. 

ATU son bir ildə idman sahəsində ciddi fəallıqla seçilir. Belə ki, ali təhsil müəssisəsi tərəfindən həm universitet­daxili, həm də şəhər səviyyəli bir çox tədbirlər təşkil olunub. Belə ki, tələ­bələrin iştirakı ilə Zəfər Gününə həsr olunmuş 6 idman növü üzrə Spartakia­da keçirilib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş futzal üzrə şəhər çempionatı baş tutub, Bas­ketbol üzrə Gəncə şəhər liqası realla­şıb. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 4 idman növü üzrə tələbə və əməkdaşlar arasında bi­rincilik keçirilib. Məhz Azərbaycan Tex­nologiya Universitetinin təşkilatçılığı ilə 250 nəfərin iştirakı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şəhər miqyaslı marafon təşkil edilib. 

Aztəminatlı ailələrdən olan tələ­bələrin ehtiyacları da diqqətdən kənar­da qalmayıb, onlara qayğı ilə yanaşı­lıb. 4 tələbəyə 300 manat, 50-dən artıq tələbəyə isə 50 manat məbləğində bir­dəfəlik yardımlar edilib. 

Təbii ki, sadalananlar bir tədris ilin­də əldə edilən nailiyyətlərin tam siya­hısı deyil. Qarşıda Azərbaycan Texno­logiya Universitetini mühüm öhdəliklər, böyük işlər, yeni ideyalar və onların reallaşdırılması, yeni məqsədlər, hə­dəflər, nəticələr gözləyir. 

Səhifəni qəzetimizin bölgə müxbiri Hamlet QASIMOV hazırlayıb











Sosial həyat