Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 283 Bakı şəhəri, 5 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin “Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında” 2011-ci il 4 may tarixli 67 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaş­dırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələra­rası avtomatlaşdırılmış məlumat-ax­tarış sistemi daxilində dövlət orqan­larının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təs­diq edilməsi barədə” 2012-ci il 12 yan­var tarixli 5 nömrəli, “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın təsdiq edilməsi haqqın­da” 2012-ci il 2 may tarixli 92 nömrə­li, “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliy­yə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanları­na verilməsi Hədləri və Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 3 iyun tarixli 211 nömrəli, “Sığortao­lunanların və sığortaedənlərin işsiz­likdən sığorta üzrə sığortaçıda qey­diyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 618 nömrəli və “İşədüzəlmədə vasitə­çilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qay­dası və həmin hüquqi şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında” 2019-cu il 8 avqust tarixli 349 nömrəli qərarlarında dəyişiklik edilməsi barə­də

Azərbaycan Respublikası Preziden­tinin “Azərbaycan Respub-likasının İqti­sadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqın­da” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbaycan Respublikasının İqtisadiy­yat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İq­tisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyəti­nin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarix­li 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin tə­min edilməsi və “Azərbaycan Respub­likasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azər­baycan Respublikası İqtisadi İnkişaf Na­zirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbay­can Respublikası Prezidentinin 2006-cıil 28 dekabr tarixli 504 nömrəli Fərma­nında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikası Prezi­dentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin ic­rasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 441; 2014, № 2, maddə 213; 2017, № 4, maddə 620; 2019, № 3, maddə 514, № 4, maddə 761; 2021, № 11, maddələr 1283, 1290, № 12, mad­də 1533; 2022, № 4, maddə 423) ilə təs­diq edilmiş 2 nömrəli əlavə - “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara ve­rilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası”nın 2.1.10-cu ya­rımbəndində “Vergilər Nazirliyinin” sözlə­ri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. “Giriş-çıxış və qeydiyyat” idarələ­rarası avtomatlaşdırılmış məlumat-ax­tarış sisteminin istismarının təşkili Qay­daları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış mə­lumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarında (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 29; 2013, № 8, maddələr 999, 1033; 2014, № 5, maddə 561, № 6, maddə 747; 2016, № 8, maddə 1453, № 9, maddə 1585; 2017, № 1, maddə 122, № 5, maddə 963, № 10, maddə 1880, № 11, mad­də 2185; 2018, № 3, maddə 616, № 11, maddə 2449; 2019, № 1, maddə 163, № 12, maddə 2070; 2020, № 8, mad­də 1132; 2021, № 5, maddə 518, № 9, maddə 1083; 2022, № 4, maddə 386, № 8, maddə 1024) aşağıdakı dəyişiklik­lər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiy­yat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın 5.5.2-ci yarımbən­dində “Vergilər Nazirliyində” sözləri “İq­tisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış mə­lumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin 6-cı hissəsinin “Dövlət orqanı” sütununda “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 may tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 466; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “Xarici ticarətin gömrük statis­tikasının nəşr olunması Qaydası”nın 2.2.3-cü yarımbəndindən “, Azərbaycan Respublikası Vergilər Nazirliyinin” söz­ləri çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 784; 2016, № 3, mad­də 616, № 4, maddə 775; 2017, № 9, maddə 1727; 2018, № 6, maddə 1371; 2021, № 4, maddə 417, № 9, maddələr 1063, 1067) ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin sə­lahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.10-cu bənddə “Vergilər Nazir­liyi (bundan sonra – Vergilər Nazirliyi)” sözləri “İqtisadiyyat Nazirliyi (bundan sonra - İqtisadiyyat Nazirliyi)” sözləri ilə əvəz edilsin;

4.2. 2.2.18-ci yarımbənddə “Vergilər Nazirliyi” sözləri “Azərbaycan Respub­likasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti)” sözləri ilə əvəz edilsin; 

4.3. 2.2.30-cu, 3.6.9.1-ci (hər üç hal­da) yarımbəndlərdə, 6.1-6.4-cü bəndlər­də “Vergilər Nazirliyinə” sözləri “Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;

4.4. 2.2.34-cü yarımbənddə “Azər­baycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – İqtisadiyyat Nazirliyi)” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

4.5. 6-cı hissədə “Azərbaycan Res­publikasının Vergilər Nazirliyinə” sözləri “Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;

4.6. 6.6-cı bəndin birinci cümləsin­də “Vergilər Nazirliyinin” sözləri “İqti­sadiyyat Nazirliyinin” sözləri ilə, ikinci cümləsində “Vergilər Nazirliyinə” sözləri “Dövlət Vergi Xidmətinə” sözləri ilə və “Vergilər Nazirliyi” sözləri “Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin;

4.7. 6.8-ci bəndin ikinci cümləsində, 6.10-cu, 6.13-cü, 6.15-ci (hər iki halda), 6.16-cı (hər iki halda), 6.17-ci (hər üç halda), 6.18-ci (hər üç halda), 6.19-cu (hər üç halda) bəndlərdə ismin müva­fiq hallarında “Vergilər Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin;

4.8. 6.20-ci bənddə “Vergilər Nazirli­yi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin; 

4.9. 6.23-cü bənddə “Vergilər Nazir­liyinin” sözləri “Dövlət Vergi Xidmətinin” sözləri ilə və “Vergilər Nazirliyinə” söz­ləri “Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;

4.10. 7-ci hissədə “Azərbaycan Res­publikasının Vergilər Nazirliyinə” sözləri “Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;

4.11. 7.1-7.4-cü bəndlərdə “Vergilər Nazirliyi” sözləri “Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 618 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2017, № 12 (II kitab), maddə 2563; 2019, № 7, maddə 1321; 2021, № 3, maddə 279) ilə təsdiq edilmiş “Sığorta­olunanların və sığortaedənlərin işsizlik­dən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın 2.1-ci bəndində “Vergilər Nazirliyindən” sözləri “İqtisadiyyat Na­zirliyi yanında Dövlət Vergi Xidmətin­dən” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 349 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1456; 2022, № 3, maddə 271) ilə təsdiq edilmiş “İşədüzəl­mədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparıl­ması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”in 2.7-ci bəndində “Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirli­yi yanında Dövlət Vergi Xidmətinin” söz­ləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları