Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 280 Bakı şəhəri, 5 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəs­sisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” 2002-ci il 26 avqust tarix­li 140 nömrəli, “Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərə­cəli istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin isteh­lak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə” 2003-cü il 10 iyun tarixli 80 nömrəli, “Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilmə­si haqqında” 2008-ci il 18 sentyabr ta­rixli 217 nömrəli, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edil­məsi barədə” 2009-cu il 8 yanvar tarixli 5 nömrəli, “Azərbaycan Respublika­sının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələ­rindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa stan­dartlarına uyğunlaşdırılması tədbirlə­ri barədə” 2010-cu il 6 mart tarixli 45 nömrəli və “Ekoloji təmiz kənd təsər­rüfatının elmi təminatının həyata keçi­rilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 30 avqust tarixli 159 nömrəli qərarlarında dəyişiklik edilmə­si haqqında

Azərbaycan Respublikası Preziden­tinin “Azərbaycan Respub-likasının İq­tisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbay­can Respublikasının İqtisadiyyat Nazir­liyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbay­can Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respub­likası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respub­likasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəa­liyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişiklik­lər edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2002-ci il 26 avqust tarixli 140 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 551; 2005, № 11, maddə 1076; 2009, № 10, maddə 846) 3-cü his­səsində “Əmlak Məsələləri Dövlət Komitə­si” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismin­də Azərbaycan Respublikasının İqtisadiy­yat Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. “Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıla­rın, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik ener­jisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2003-cü il 10 iyun tarixli 80 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 348; 2006, № 1, maddə 59, № 7, maddə 647; 2009, № 10, maddə 846; 2014, № 1, maddə 69, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2017, № 1, maddə 125) 5-ci hissəsinin ikinci abza­sından “Əmlak Məsələləri Dövlət Komitə­sinə,” sözləri çıxarılsın.

3. “Şəhərsalma fəaliyyətini tənzim­ləyən norma və qaydaların təkmilləşdiril­məsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 sentyabr tarixli 217 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 864; 2009, № 1, mad­də 32; 2018, № 8, maddə 1817; 2019, № 8, maddə 1469) 1.2-ci bəndində “Anti­inhisar və İstehlak Bazarına Nəzarət Döv­lət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanun-vericilik Toplusu, 2009, № 1, maddə 26; 2014, № 2, maddə 201, № 3, maddə 311; 2016, № 5, maddə 955; 2018, № 8, maddə 1817, № 11, maddə 2425; 2020, № 2, maddə 188) ilə təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-tə­bii vasitələrin siyahısı”nın 3.1-ci bəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Na­zirliyi yanında Antiinhisar və İstehlak Ba­zarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının ərazi­sində dövriyyəyə buraxılan (idxal və Azər­baycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğun­laşdırılması tədbirləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 mart tarixli 45 nömrəli Qərarının (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 256; 2014, № 1, maddə 69; 2016, № 10, maddə 1704; 2018, № 8, maddə 1817) 3-cü his­səsində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri “İqti­sadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmə­tinə” sözləri ilə əvəz edilsin. 

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 avqust tarixli 159 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 768; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2018, № 8, mad­də 1817; 2022, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrü­fatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın 2.4-cü bəndinin birinci ab­zasından “, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri çıxarılsın.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları