Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 279 Bakı şəhəri, 5 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Antiinhisar qanunveri­ciliyinin pozulması haqqında işlərə baxılması Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 29 may tarixli 120 nömrəli, “Azərbaycan Respublikasın­da telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qay­dalarının təsdiq edilməsi haqqında” 1998-ci il 21 avqust tarixli 175 nömrəli, “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların serti­fikatlaşdırılması Qaydası haqqında” 1998-ci il 15 oktyabr tarixli 205 nömrəli, “Qaz paylayıcıları tərəfindən qaz təc­hizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 21 iyun tarixli 103 nömrəli və “Azərbay­can Respublikasında dövlət qadın si­yasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti­nin 2000-ci il 6 mart tarixli 289 nömrəli Fərmanının icrası haqqında” 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli qərarla­rında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Preziden­tinin “Azərbaycan Respublikasının İqti­sadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbay­can Respublikasının İqtisadiyyat Nazir­liyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbay­can Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respub­likası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respub­likasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəa­liyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişiklik­lər edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Antiinhisar qanunvericiliyinin po­zulması haqqında işlərə baxılması Qay­dalarının təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli Qə­rarında (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 1998, № 5, mad­də 361; 2001, № 7, maddə 512; 2004, № 4, maddə 287; 2006, № 5, maddə 472; 2009, № 10, maddə 852; 2014, № 6, mad­də 736, № 7, maddə 922, № 12, maddə 1676; 2015, № 7, maddə 894; 2016, № 5, maddə 955, № 11, maddə 1960; 2022, № 10, maddə 1209) aşağıdakı dəyişiklik­lər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulma­sı haqqında işlərə baxılması Qaydaları” üzrə:

1.1.1. preambulada “İqtisadiyyat Na­zirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiə­si Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi” sözləri “İqti­sadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Anti­inhisar və İstehlak Bazarına Nəzarət Döv­lət Xidməti” sözləri ilə əvəz edilsin;

1.1.2. 4-cü hissədə “ANTİİNHİSAR KOMİTƏSİNİN” sözləri “ANTİİNHİSAR ORQANININ” sözləri ilə əvəz edilsin; 

1.2. həmin Qərara 1, 4-9 nömrəli, 10 nömrəli (hər iki halda), 11 və 12 nömrəli əlavələrdə “İqtisadiyyat Nazirliyi yanın­da Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti­nin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edil­sin.

2. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 558; 2004, № 3, maddə 193, № 9, maddə 750; 2005, № 7, maddə 665, № 10, maddə 978, № 12, maddə 1226; 2006, № 9, maddə 822, № 12, maddə 1163; 2007, № 1, maddə 49, № 10, mad­də 1013; 2009, № 1, maddə 32; 2014, № 6, maddə 747; 2018, № 8 maddə 1817, № 11, maddə 2448; 2019, № 1, maddə 154; 2022, № 4, maddə 390) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğu­larının sertifikatlaşdırılması Qaydaları”­nın mətni üzrə ismin müvafiq hallarında “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 205 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 626; 2004, № 3, maddə 193; 2005, № 1, maddə 49; 2009, № 1, maddə 32; 2018, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə va­sitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası”nın 2-ci, 3-cü, 5-ci və 8-ci hissələrində “Antiinhi­sar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 336; 2006, № 9, maddə 822; 2008, № 5, maddə 432; 2010, № 1, maddə 49; 2016, № 4, maddələr 771, 832; 2018, № 8, maddə 1817; 2021, № 9, maddə 1084; 2022, № 11, maddə 1344) ilə təs­diq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 4.1.3-cü yarımbəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” söz­ləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 381; 2002, № 11, maddə 675; 2004, № 9, maddə 750, № 12, mad­də 1077; 2006, № 9, maddə 822; 2007, № 2, maddə 185; 2008, № 5, maddələr 430, 432; 2009, № 9, maddələr 738, 757, № 10, maddə 857; 2014, № 1, maddə 57, № 6, maddə 747; 2015, № 5, mad­də 662; 2016, № 4, maddə 833; 2018, № 4, maddə 798, № 8, maddə 1817; 2019, № 1, maddə 154; 2020, № 5, maddə 644; 2022, № 4, maddə 385) ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 4.11-ci bəndində “Antiinhisar və İstehlak Baza­rına Nəzarət Dövlət Agentliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xid­mətinin” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 702; 2006, № 11, maddə 990; 2019, № 3, maddə 531; 2021, № 3, maddə 282) ilə təsdiq edilmiş “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı”nın 7-ci hissə­sinin “İcraçılar” sütununda “Dövlət Anti­inhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları