Mülki Aviasiyamızın inkişafı və milliləşməsi Ulu öndərin adı ilə bağlıdır

post-img

“Nəqliyyat ölkənin qravitasiya mərkəzidir”. XIX əsrdə yaşamış məşhur kimyaçı alim Dmitri Mendeleyev bu fikri söyləyəndə, əsr yarım sonra dünyada nəqliyyat-logistika sisteminin beynəlxalq iqtisadi inteqrasiyada son dərəcə böyük rol oynayacağını düşünmək çətin mümkün olardı. Həmçinin universal nəqliyyat vasitələri siyahısına sonuncu daxil olan və min kilometrlərlə məsafəni bir neçə saata qət etməyi reallığa çevirən aviasiyanın da bir zamanlar mühüm nəqliyyat növünə çevriləcəyi elə də ağlabatan olmayıb. Amma zamanla aviasiya, hava nəqliyyatı da dünya iqtisadiyyatında nəhəng və vacib bir sahəyə çevrilən nəqliyyat sisteminin mühüm bir hissəsinə çevrilib.

Müstəqil Azərbaycanın mülki avi­asiyası da bu baxımdan istisna deyil və bir əsrə yaxın dövrdə inkişaf yolu keçərək ölkənin nəqliyyat infrastruktu­runun vacib bir tərkib hissəsinə çev­rilə bilib. Hazırda Azərbaycanın hava nəqliyyatı istər sərnişinlərin, istərsə də yüklərin daşınmasında təkcə ölkə nəqliyyat sistemində deyil, beynəlxalq aviasiya sistemində də özünəməxsus yer tutur.

Etiraf etmək lazımdır ki, Azərbay­canda hava nəqliyyatının formalaşma­sında və onun inkişaf edərək ümumi nəqliyyat sistemində öz yerinə sahib olmasında ümummilli lider Heydər Əli­yevin müstəsna xidmətləri olmuşdur. Təsadüfi deyil ki, uzun illər mülki avi­asiya sahəsində fəaliyyət göstərmiş Beynəlxalq Aviasiya Təşkilatı (İKAO) Şurasının prezidenti Assad Kotaytı 1999-cu ildə Bakıda Heydər Əliyevin qəbulunda olarkən o, ulu öndərə deyir: “Azərbaycanın Mülki Aviasiyasından danışarkən Sizin adınızı mütləq çək­mək lazımdır. Bu aviasiyanın forma­laşmasında Sizin birbaşa xidmətləriniz var”. Amma təkcə mülki aviasiya deyil, bütövlükdə Azərbaycan aviasiyasının inkişafı və milliləşməsi bilavasitə Ulu öndərin adı ilə bağlıdır.

Doğrudur, İkinci Dünya müharibə­sindən sonra Azərbaycan hava nəq­liyyatının təyyarələri yenidən sərnişin və yük daşımağa başladılar. Bakıdakı hava limanı yeni “İl-2”, “İl-14”, “İl-18”, “An-24”, xüsusi təyinatlı “An-2”, “Mi-1” və “Mi-4” helikopterləri ilə bir qədər yeniləndi. Lakin bunlar hələ Azərbay­canda aviasiyanın inkişafında elə də parlaq göstəricilər sayıla bilməzdi. Ona görə də Azərbaycanın Mülki Hava Do­nanmasının tarixində yeni keyfiyyət dövrü 1970-1980-ci illərə təsadüf edir. Bu dövr ərzində Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaq­ları ilə təchiz olunmuş hava limanları tikildi. Bu limanlar “Yak-40” reaktiv təy­yarələrini qəbul etmək imkanına malik idi. O zaman respublikanın 11 rayonu Bakı ilə hava yolu vasitəsilə əlaqə sax­laya bilirdi. Bakı və Gəncə hava liman­ları müasir naviqasiya vasitələri ilə təc-hiz edilmişdi. 1971-ci ildə Gəncə avia müəssiəsi fəaliyyətə başladı.

Heydər Əliyevin rəhbərliyi altında 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın yüksək inkişaf tem­pini nəzərdə tutan dövlət proqramı ha­zırlandı. Məhz həmin illərdə ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Sovet İttifaqının ərazisində ilklərdən olaraq Azərbaycanın avialayner parkı “Tu-134” və “Tu-154” reaktiv təyyarələ­rini, “Mi-2” və “Mi-8” helikopterlərini aldı. Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi Moskvaya gedəndən sonra da Azərbaycan Mülki Aviasiyasının inki­şafını diqqətdə saxlayırdı. Buna imkan verən səbəblərdən biri də SSRİ nəq­liyyat infrastrukturunun məhz Heydər Əliyevin tabeliyində olması idi. 

Ulu öndər uzaqgörənliklə, təkcə aviasiyanın deyil, bütövlükdə nəqliyyat infrastrukturunun iqtisadi inkişafa necə böyük töhfə verdiyini dərinliklərinə qə­dər duyurdu. Aydın məsələ idi ki, hava nəqliyyatının perspektivləri də onun diqqətindən yayınmırdı. Çünki artıq hə­min dövrdən başlayaraq, təyyarə nəq­liyyatın ən sürətli, komfortlu və əlverişli növünə çevrilirdi.

Heydər Əliyev böyük uzaqgörən­liklə ölkənin milli aviasiya kadrlarının hazırlanmasını da xüsusi diqqətdə saxlayırdı. Çünki 1950-1960-cı illər­də, 1970-ci illərdə, hətta 1980-ci illər­də belə Azərbaycanın mülki aviasiya sistemində yerli milli kadrlar çox az idi. Burada təyyarəçilər və mühəndis və­zifəsində işləyənlər, bir çox təşkilatların rəhbərləri başqa millətlərin nümayən­dələri idilər. Ona görə də Ulu öndər müvafiq qurumlar qarşısında əsas və­zifələrdən biri kimi, Azərbaycanın mül­ki aviasiyası üçün milli kadrların hazır­lanması məsələsini qoydu. Əslində, bu vəzifənin həlli yollarını da özü müəyyən edib həyata keçirirdi. Artıq müstəqillik illərində dahi rəhbər bu məsələni if­tixarla xatırlayırdı: “Biz 1970-ci illərin əvvəllərindən Azərbaycan mülki aviasi­yasında milli kadrlar, yəni yüksək təh­silə malik olan mühəndislər, texniklər və başqa mütəxəssislər hazırlanması işini planlaşdırdıq və bunun üçün So­vetlər İttifaqının müxtəlif şəhərlərində yerləşən mülki aviasiya ali məktəblə­rinə azərbaycanlı gəncləri göndərdik. Bu da Azərbaycanın gələcəyi haqqın­da düşünməyimizin nümunəsidir. Bəli, biz hesab edirdik ki, Azərbaycan öz milliliyini təmin etməlidir”. 

Müstəqillik illərində isə Ulu öndər milli kadr hazırlığını daha da gücləndir­mək üçün "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Milli Aviasiya Aka­demiyasının əsasını qoydu. "Milli Avia­siya Mərkəzi" adı ilə yaradılan aviasiya kadrları hazırlayan təhsil müəssisəsi 1994-cü ildən Milli Aviasiya Akademi­yası oldu və yüksək ixtisaslı milli kadr-ların hazırlanmasında da əsas bazaya çevrildi. Sonralar həmin akademiyanın milli kadrlarını gördükcə qürur və iftixar hissi keçirən Heydər Əliyev deyirdi: “Mən xoşbəxtəm ki, artıq indi Azərbay­can Mülki Aviasiyasının milli kadrları - azərbaycanlı təyyarəçilər, mühəndis­lər, mütəxəssislər vardır və onlar Azər­baycanın Mülki Aviasiyasını bu gün də, gələcəkdə də inkişaf etdirəcəklər...”

Heydər Əliyev yetmişinci illərdə Bakıda yeni aerovağzal kompleksinin tikintisi ilə bağlı Mərkəz qarşısında məsələ qaldırır və Moskva buna ra­zılıq verir. Ulu öndər bunun nə qədər çətin olduğunu çıxışlarında belə qeyd edirdi: “Moskvadakı Mülki Aviasiya Nazirliyi bütün Sovet İttifaqında olan mülki aviasiyaya həm rəhbərlik edirdi, həm də onu idarə edirdi. Ona görə də hər bir belə işi görmək üçün biz çox çətinliklərlə üzləşirdik. Çünki bunlar hamısı həmin dövrdə sovet dövlətinin büdcəsindən ayrılan vəsaitlər hesabı­na ola bilərdi. Biz bu barədə bir neçə il danışıqlar apardıq. Nəhayət, 1970-ci illərin sonunda bunun razılığını aldıq. SSRİ Mülki Aviasiya Nazirliyi Azərbay­canda beynəlxalq standartlara cavab verə biləcək aerovağzal kompleksinin tikilməsinə razılıq verdi. Onun layihəsi hazırlandı. O vaxt layihəni SSRİ Mül­ki Aviasiya Nazirliyinin tərkibində olan "Aeroproyekt" təşkilatı hazırlayırdı. An­caq biz bu işi öz əlimizə keçirdik. Bu layihənin hazırlanmasında Azərbayca­nın həm mülki aviasiya işçilərinin, həm də başqa təşkilatlarının, o cümlədən, Azərbaycan memarlarının iştirakını tə­min etdik”.

Həqiqətən də, 1981-ci ildə Hey­dər Əliyevin tövsiyələri və nəzarəti ilə hazırlanan aerovağzal kompleksi la­yihələrindən biri qəbul edildi və onun tikintisinə qərar verildi. Ancaq məsələ bununla bitmədi. 1985-ci ildə Heydər Əliyev Moskvada, SSRİ Nazirlər Sove­ti Sədrinin birinci müavini vəzifəsində işləyərkən, imkanlarından istifadə edib bu aerovağzal kompleksinin təcili tikin­tisinə başlanması barədə qərar çıxarıl­masına nail oldu və tikinti başlandı.

Müəyyən müddət sürətlə gedən tikinti, Heydər Əliyev vəzifədən uzaq­laşdırılandan sonra, demək olar ki, dayandırıldı. 1989-cu ildə Azərbay­canda yaranmış daxili vəziyyət və ölkə rəhbərliyinin respublikanı idarə edə bil­məməsi nəticəsində aerovağzal komp­leksinin tikintisi diqqətdən kənarda qaldı. Beləliklə, Heydər Əliyevin haki­miyyətdən uzaqlaşdırılması və 6 ildən artıq Azərbaycanın dövlət idarəçiliyin­dən kənarda qalması, respublikanın bütün iqtisadi-siyasi həyatına sarsıdıcı zərbə vurduğu kimi, aviasiyaya da öz mənfi təsirini göstərdi. 

Heydər Əliyevin Azərbaycanda si­yasi hakimiyyətə qayıdışından, daha doğrusu, 1996-cı ildə ölkədə siyasi sa­bitlik əldə ediləndən və iqtisadi dirçəliş başlayandan sonra Heydər Əliyev ae­rovağzal kompleksinin tikintisinin başa çatdırılması və keçmiş layihənin əsa­sında burada tamamilə yeni standart­ların tətbiqi haqqında qərar qəbul etdi və bu qərarın az bir müddətdə həyata keçirilməsinə nail oldu. 

Heç zaman unutmaram, 1999-cu il oktyabrın 2-də Heydər Əliyev yeni aerovağzal kompleksinin açılışındakı çıxışı zamanı böyük sevinc və fəxrlə dedi: “Bu gün mən özümü çox xoşbəxt hiss edirəm ki, bu aerovağzal komp­leksinin təməlini 1981-ci ildə mən qoy­muşam, 1985-ci ildə onun inşasının tə­min olunmasını mən təşkil etmişəm və ondan sonrakı dövrdə burada heç bir iş görülmədiyi halda, son iki il müddə­tində bu kompleksin tikilib yüksək sə­viyyədə istifadəyə verilməsini də mən təmin etmişəm”.

Heydər Əliyev uzun illər qəlbində yaşatdığı arzulardan birini də reallaşdı­rıb öz əsəri olan yeni və müasir dünya standartları səviyyəsində aerovağzal kompleksinin təntənəli açılış mərasi­mini keçirəndən bir il sonra Bakı Hava Limanına ilk “Boeing” təyyarəsi endi. Bu, artıq Bakıdakı Binə Hava Lima­nının beynəlxalq statusunun təsdiqini göstərirdi.

Hava nəqliyyatının beynəlxalq aləmdə sürətlə inkişaf etdiyini nəzərə alan Heydər Əliyev təbii ki, Azərbaycan mülki aviasiyasının bu trenddən geridə qalması ilə razılaşa bilməzdi və elə ona görə də onun tapşırığı ilə qısa zaman­da “1998-2003-cü illər üçün respublika Mülki Aviasiyasının inkişaf proqramı” hazırlanıb təsdiq edildi və onun həyata keçirilməsinə başlandı. 

İstisnasız olaraq Heydər Əliyevin qətiyyəti və polad iradəsi nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqa­viləsi” Azərbaycana gəlir gətirməyə başlayanda, dövlət başçısı mülki avia­siya parkının yenilənməsini də diqqət­də saxlamağa başladı. 2000-ci il okt­yabrın 9-da Azərbaycan dövləti ABŞ-ın məşhur “Boing” şirkətinin istehsalı olan “Boing-757-200” təyyarəsini alaraq, “Azərbaycan Hava Yolları” Dövlət Kon­serninin parkına daxil etdi. Bir ay sonra ikinci belə bir layner də ölkəmizin hava nəqliyyatı sistemində öz yerini tutdu. Müstəqil ölkənin paytaxtından məhz bu müasir təyyarələrlə Londona, Təl-Əvi­və və Dubaya beynəlxalq reyslər start götürdü. Bakının hava məkanından dünyaya uzanan yollar genişlənməyə başladı. 

Azərbaycan hava nəqliyyatı infrast­rukturunun genişlənməsi Ulu öndəri se­vindirsə də, doğma yurdu Naxçıvanın hələ də blokada şəraitində qalması onu rahat buraxmırdı. Heydər Əliyev bloka­danın aradan qaldırılmasında Naxçıva­na müntəzəm aviareyslərin açılmasını o dövr üçün ən doğru yol hesab edirdi. Ona görə də muxtar respublikada mül­ki aviasiya infrstrukturunun yenidən qu­rulması, müasir tələblərə cavab verən aerovağzal kompleksinin tikintisi və ye­rüstü naviqasiya sisteminin yaradılma­sı barədə müvafiq qərarlar qəbul edildi. Bütün işlər bilavasitə ulu öndər Heydər Əliyevin nəzarəti altında sürətlə həya­ta keçirilməyə başlandı. Heydər Əliyev burada yaradılacaq hava nəqliyyatı infrastrukturunun sadəcə sərnişin da­şınması üçün nəzərdə tutmurdu. Onun düşüncəsində Naxçıvanda beynəlxalq hava limanının tikintisini həyata ke­çirmək idi və bunu çox qısa zamanda reallaşdırmağı planlaşdırırdı. 2002-ciil avqustun 11-də Naxçıvana səfəri zamanı muxtar respublikanın Ali Məc­lisində çıxış edən Ümummilli lider dedi: “Mən çoxdan bu fikirdə idim ki, Naxçı­van Hava Limanını yenidən quraq, yeni bir hava limanı tikək. Birincisi, gərək elə edək ki, təyyarələr buradan təkcə Bakı­ya, Gəncəyə yox, bir çox istiqamətlərə uçsun. İkincisi də, Naxçıvan öz coğrafi vəziyyətinə görə elə yer tutur ki, bura­da beynəlxalq standartlara uyğun hava limanının olması təkcə Naxçıvan üçün yox, bütün qonşu ölkələr üçün də çox əhəmiyyətli olacaqdır. Bunları nəzərə alaraq mən bu qərarı verdim”. 

Cəmi 1 il 2 aydan sonra sahəsi 8 min 600 kvadratmetr olan, saatda 300 sərnişin qəbul edə bilən aerovağzal kompleksi, 2 min kvadratmetrlik yük terminalına, eni 45, uzunluğu 3300 metr olan uçuş-enmə zolağına malik Naxçıvan Hava Limanının tikintisi başa çatdı. Respublika Nazirlər Kabinetinin qərarı ilə beynəlxalq hava limanı statu­su verilən bu aeroporta xarici ölkələrə reyslər həyata keçirildi. Naxçıvan Mux­tar Respublikasının 80 illik yubiley günlərində – 2004-cü il mayın 12-də Naxçıvan Hava Limanının rəsmi açılış mərasimi oldu. 

Bundan bir müddət əvvəl isə ümummilli lider Heydər Əliyevin Azər­baycan mülki aviasiyasının inkişafın­dakı müstəsna xidmətlərini yüksək qiymətləndirən Prezident İlham Əliye­vin 2004-cü ildə imzaladığı sərəncam­la “Binə” Hava Limanını haqlı olaraq “Heydər Əliyev Beynəlxalq Hava Lima­nı” adlandırıldı.

Bu gün mülki aviasiya sahəsində görülən işlərin tarixinə diqqət yetir­sək görərik ki, 2003-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə mövcud sahədə yeni inkişaf prioritetləri müəy­yənləşdirilərək genişmiqyaslı işlər gö­rülmüş, aviasiyamızın tərəqqisində yeni dövr başlamışdır. Bunların əksə­riyyəti mənim gözlərim qarşısında baş vermişdir. 2005-2009-cu illərdə Heydər Əliyev və Gəncə beynəlxalq hava li­manları yenidən qurulmuş, Zaqatala və Lənkəran hava limanlarına yenidənqur­madan sonra beynəlxalq status veril­mişdir. Daha sonra Qəbələdə və Yev­laxda hava limanları inşa olunmuşdur.

2011-2014-cü illərdə “Azərbaycan Hava Yolları” "Boeing 767-300ER" və “Boeing 787-8 Dreamliner” tipli, “Air­bus A340-500” uzaq magistrallı sərni­şin təyyarələri, Braziliya istehsalı olan “Embraer 190” və “Embraer 170” reak­tiv təyyarələri alaraq öz parkını müasir laynerlərlə daha da zənginləşdirmişdir. Bu da 2014-cü ildən Bakıdan Nyu-Yor­ka müntəzəm Transatlantik uçuşlar ye­rinə yetirməyə imkan yaratmışdır.

2014-cü ildə Azərbaycan mülki aviasiyasının marşrutlarının genişlən­məsini və sərnişin axınının artmasını nəzərə alaraq, Heydər Əliyev Bey­nəlxalq Hava Limanının yeni aerovağ­zal kompleksi tikilib istifadəyə verildi. Sahəsi 58 min kvadratmetr təşkil edən yeni aeroport hazırda ildə 6 milyon sərnişinə xidmət edir. Nəzərə alsaq ki, Ulu öndərin 1999-cu ildə açılışını etdiyi aerovağzal kompleksi də ildə 3 milyon sərnişinə xidmət etmək gücündədir, o zaman demək olar ki, hazırda Heydər Əliyev Hava limanından ildə 9 milyon sərnişin istifadə də bilir.

Amma Ulu öndər Heydər Əliyevin memarı olduğu Azərbaycanın mülki aviasiyasında tərəqqi və inkişaf bun­nlarla yekunlaşmır. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müha­ribədə qazanılmış möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş region­larda da mülki aviasiyamızın yeni inf­rastrukturu qurulmağa başlanıb. Artıq 2022-ci ilin oktyabrında Zəngilanda ən müasir tələblərə cavab verən Bey­nəlxalq Hava Limanı tikilib istifadəyə verilib. 

Bütün bunlar bir daha onu göstərir ki, ümummilli lider Heydər Əliyevin özü kimi inandığı və yarımçıq qalmış işlə­rinin başa çatdıracağına əmin olduğu varisi, Prezident İlham Əliyev Ulu ön­dərin tərəqqi və inkişaf strategiyasını bütün sahələrdə uğurla davam etdiri­diyi kimi, mülki aviasiya sahəsində də yeni zirvələr fəth edəcək. 

Çünki bu sadəcə bir dəb, təbliğat deyil. Bu gün dünyada aviasiya nəq­liyyatının da daxil olduğu nəqliyyatın inkişaf tendensiyasının təhlili göstərir ki, heç bir ölkə güclü nəqliyyat mövqe­yinə sahib olmadan öz iqtisadiyyatının risklərinə nəzarət edə bilməz. Nəqliy­yat infrastrukturunun inkişafı, məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyinin yüksəlməsi nəqliyyat strategiyasının reallaşmasında müstəsna rol oynayır. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, 2030-cu ilə qədər dünyada nəqliyyat sisteminə yatırılacaq investisiyaların həcmi 11 trilyon dollar təşkil etməlidir. Heç şübhə yoxdur ki, ulu öndər HeydərƏliyevin böyük uzaqgörənliklə diqqət yetirdiyi Azərbaycanın nəqliyyat infrastrukturu, Prezident İlham Əliyevin həya­ta keçirəcəyi yeni layihələr sayəsində beynəlxalq nəqliyyat məkanındakı ye­rini daha da möhkəmləndirəcək. 

 

Məhərrəm SƏFƏRLİ,
“Həsən bəy Zərdabi” mükafatı laureatı



Sosial həyat