Daşkənddə “Heydər Əliyev və müstəqillik” konfransı

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Əlişir Nəvayi adına Özbək Dili və Ədəbiyyatı Universiteti ilə birgə ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı “Heydər Əliyev və müstəqillik” mövzusunda konfrans keçirib.

Tədbirdə universitetin profes­sor-müəllim heyəti, AMM-in nümayən­dələri, tələbələr, Azərbaycan diasporu­nun üzvləri iştirak ediblər. 

Yığıncağı giriş sözü ilə açan uni­versitetin prorektoru, professor Baha­dır Xalıqov Özbəkistan–Azərbaycan münasibətləri, ölkələrimiz arasındakı tarixi, mədəni yaxınlıq barədə məlu­mat verib. O, ulu öndərin Azərbaycanın müasir dövlətçiliyinin əsasını qoyduğu­nu, biliyə, elmə və texnologiyaya böyük əhəmiyyət verdiyini bildirib. B.Xalıqov Heydər Əliyev Fondunun hökumətin həyata keçirdiyi təhsil siyasətinə güclü dəstək verdiyini və “Yeniləşən Azərbay­cana – yeni məktəb” kimi layihələr çər­çivəsində ölkədə yüzlərlə məktəb bina­sının inşa edildiyini vurğulayıb.

AMM-in nümayəndəsi, filologi­ya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə ulu öndərin Azərbaycan xalqının taleyində oynadığı roldan söz açıb, bugünkü qüdrətli Azərbaycanın Heydər Əliyevin əsəri olduğunu vurğu­layıb. Azərbaycan xalqının ümumilli li­derinin həyatının, siyasi fəaliyyətinin bir məktəb olduğunu qeyd edən K.Məm­mədzadə gənc nəslin yetişməsində bu məktəbdən faydalanmağı tövsiyə edib, onun nitqilərində yer alan ümumbəşəri hikmətli fikirlərin hər bir vətəndaş üçün həyat kodeksi olmasını vurğulayıb. K.Məmmədzadə artıq bu sahədə bir neçə böyük tədbirin keçirildiyini, konfransların, dostluq konsertlərinin təşkil olunduğunu, Özbəkistanda “Heydər Əliyev – 100” poçt markasının buraxıl­dığını, ulu öndərin müdrik fikirlərinin öz­bək və türk dillərinə tərcümə olunaraq nəşrə hazırlandığını vurğulayıb. 

Universitetin kafedra müdiri, pro­fessor Nurbay Cabbarov Azərbay­can xalqının ümummilli lideri Heydər Əliyevin elm və təhsilin inkişafına böyük diqqət ayırdığını və bu sahələrin inkişa­fı üçün müasir prinsiplərə cavab verən addımlar atdığını söyləyib. O müstəqil­lik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi islahatların qlobal xarakter daşıdığını və bu xət­tin ölkənin hazırkı rəhbərliyi tərəfindən inamla davam etdirildiyini bildirib.

Professor Səadət Muxammedova müasir Azərbaycan dilinin bir dövlət dili kimi formalaşmasında, güclənməsində ulu öndərin xüsusi xitmətlərindən söz açıb. 

Universitetin dosenti Gülbahar Aşurova Heydər Əliyevin elm, təhsil və mədəniyyətə dəstək verən siyasətçi kimi xarakterizə edərək onun Azərbay­can xalqı qarşısındakı böyük xidmətlə­rindən danışıb. 

Sonda Mədəniyyət Mərkəzi tərəfin­dən universitetdə yaradılan Məhəm­məd Füzuli adına Azərbaycan ocağının tələbələrindən ibarət “Füzuli dilbəndlə­ri” qrupunun üzvləri Heydər Əliyev və Azərbaycan haqqında şeirlər səsləndi­riblər. 

 

Qulu KƏNGƏRLİ, 

Daşkənd



Sosial həyat