Tbilisidə “Milli dövlətçiliyimizin simvolu” kitabının təqdimatı

post-img

Tbilisidə Azərbaycan və gürcü dillərində nəşr edilmiş “Milli dövlətçiliyimizin simvolu” kitabının təqdimatı olub.

Azərbaycanın Gürcüstandakı səfir­liyinin müşaviri Eldar Bayramov çıxış edərək, kitabın ulu öndərin 100 illik yu­bileyi tədbirləri çərçivəsində çap olun­duğunu bildirib. Qeyd edib ki, epoxa­ların ekstremallığına baxmayaraq, milli-siyasi elitamız Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə millətin var­lığının qorunması və inamla gələcəyə addımlaması istiqamətində üzərinə düşən missiyanı layiqincə yerinə yetirib.

Gürcü politoloqlar Levan Mamaladze, Simon Kopadze, Gürcüstan par­lamentinin deputatı Baçuki Kartava, Demokratiya və İnsan Hüquqları Ko­mitəsinin sədri Çingiz Qənizadə, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Tbilisi Dövlət Universitetinin professoru Niko Cavaxişvili və digəriləri çıxışlarında çıxışında ulu öndər Hey­dər Əliyevin Azərbaycan–Gürcüstan dostluğunun inkişafındakı xidmətlərin­dən danışıblar. Bildiriblər ki, Heydər Əliyelvə Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze arasındakı möh­kəm dostluq ölkələrimizin münasibətlə­rinin əsasını təşkil edir. Bu gün region­da həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin Gürcüstan ərazi­sindən keçməsi də Heydər Əliyevin adı ilə bağlıdır.

“Xalq qəzeti”

Sosial həyat