Azərbaycan Ermənistanın nifrət və zorakılıq siyasətinin hədəfində

post-img

Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyası tərəfindən 6-cı monitorinq dövrü çərçivəsində Azərbaycan üzrə növbəti hesabat hazırlanıb. Sənəddə 2016-cı ildə tərtib olunmuş hesabatdan ötən müddət ərzində ölkəmizdə müvafiq sahələrdə müsbət irəlilləyişlərin olduğu vurğulanıb.

Hesabatda ECRI-nin Azərbaycan əhalisinin, o cümlədən çoxsaylı məc­buri köçkünlərin uzun müddət davam etmiş münaqişədən və toqquşmalar­dan əziyyət çəkdiyini anladığı qeyd olunub.

Sənəddə inklüziv təhsil sahəsində insan hüquqları mövzularının 2020-ci ildən etibarən kurrikuluma daxil edil­diyi, internet məkanında irqçi nifrət nitqinin qarşısının alınması məqsə­dilə qanunvericiliyə əməli dəyişikliklər olunduğu qeyd olunub. Əmək miq­rantlarının Azərbaycan vətəndaşları ilə bərabər sosial müdafiə hüquqların­dan istifadəsinin, eləcə də qaçqınların əmək bazarına çıxış əldə etməsinin tə­min olunduğu diqqətə çatdırılıb.

Hesabatda, həmçinin multikultura­lizm və tolerantlığın Azərbaycan cə­miyyətinin tərkib hissəsi olduğu vurğu­lanıb.

ECRI-nin Ermənistan üzrə hazırla­dığı növbəti hesabatda isə ölkənin si­yasi və ictimai həyatında vaxtaşırı ola­raq nifrət nitqi ilə bağlı insidentlərin, o cümlədən zorakılığa çağırış hallarının baş verdiyi qeyd olunub. Bu xüsusda, nifrət nitqinə misal olaraq Ermənis­tanda daxili bölünmələrə yol açmaq və sülh danışıqlarına əngəl törətmək məqsədilə siyasi opponentlərin qara­lanması üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə edildiyi bildirilib. Bununla yanaşı, Ermənistanda azər­baycanlı icmasının artıq mövcud ol­madığı, ölkədə yaşayan və ya ziyarətə gələn türklərin isə sayının naməlum olduğu vurğulanıb.

ECRI tərəfindən Ermənistan tərə­finə verilmiş 2 aralıq və 15 əsas tövsiyə arasında ölkə rəhbərliyinə cəmiyyətdə müxtəlifliyin və tolerantlığın əhəmiyyəti barədə məlumatlılığın artırılması sahə­sində işin aparılması, siyasi-ictimai, dini xadimlər və nüfuzlu şəxslər vasitə­silə nifrət nitqinə qarşı güclü əks reak­siyanın verilməsi, seçkili orqanlar və siyasi partiyalar üçün müvafiq davranış qaydalarının müəyyənləşdirilməsi, ha­belə təhsil sahəsində islahatlar yolu ilə etnik və dini mənsubiyyətinə görə ay­rı-seçkiliyin aradan qaldırılması və s. xüsusi yer tutur.

“Xalq qəzeti”

Siyasət