Hakan Fidan Blinkenlə Bakı–İrəvan münasibətlərini müzakirə edib

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Londonda görüşüblər.

Türkiyə mətbuatı xəbər verir ki, Uk­raynanın Bərpası Konfransı çərçivəsində bir araya gələn Hakan Fidan və Blinkenin müzakirə etdiyi məsələlər arasında Azər­baycanla Ermənistan arasında münasi­bətlərin normallaşması mövzusu da olub.

Görüşdə eləcə də Ukraynadakı vəziy­yət, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr müzakirə mövzusu olub.

Bir daha qeyd edək ki, müzakirələr Ukraynanın yenidən qurulmasına dair iki­günlük beynəlxalq konfrans çərçivəsində baş tutub.

“Xalq qəzeti”

Siyasət