Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün komissiya yaradıldı

post-img

Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə komissiya yaradılıb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, Azərbaycan Respub­likasının ekologiya və təbii sərvətlər na­ziri Muxtar Babayev komissiyanın sədri təyin edilib.

Komissiyanın tərkibinə səhiyyə nazi­rinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müa­vini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiy­yat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Ra­yon İcra Hakimiyyətinin başçısı daxildir.

Komissiyaya tapşırılır ki:

1. Gədəbəy rayonunun Söyüdlü kən­dində tullantıxana sahəsində monito­rinqlərin aparılmasını və mövcud vəziy­yətin qiymətləndirilməsini təmin etsin;

2. Sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaş­ların müraciətlərinin araşdırılmasını tə­min etsin;

3. Monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təklif­lərini hazırlayıb Azərbaycan Respublika­sının Nazirlər Kabinetinə təqdim etsin.

“Xalq qəzeti”

Son xəbərlər